Icma.az
close
up
RU
Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edib

Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edib

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 1 mlrd. ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Müxtəlif ölkələrdən 33 maliyyə qurumunun yer aldığı layihə üzrə ayrılacaq kreditlər az gəlirli bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar üçün maliyyə imkanlarının artırılması və “yaşıl məhsullar” ixrac edən sahibkarlara xüsusi maliyyə dəstəyinin göstərilməsi istiqamətində istifadə olunacaq.  
Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində (ESG) fəaliyyət proqramını davam etdirir. 
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də ESG və dayanıqlı inkişaf standartlı beynəlxalq sindikat kreditləşməsi layihələrində iştirak etmişdir. 
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri