Xalq Bank ağacəkmə aksiyasında iştirak etdi
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 4-də Xalq Bank əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak etdi.
Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiya Xalq Bankın ətraf mühitin qorunması və dayanıqlı inkişafın təşviqinə yönəlmiş korporativ sosial məsuliyyət fəaliyyətinin tərkib hissəsidir.
Baxış sayı:146
Bu xəbər 05 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















