“Xalq Bank”a aid şirkətin rəhbəri qanunu pozdu, cərimələndi
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulmasına görə cərimələnib.
"Yeni Sabah" plat.az-a istinadla xəbər verir ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.
Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “Xalq Kapital”da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib. pizza mizza
Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələri əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 4 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Avqust 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















