“Xalq Bank”a aid şirkətin daxili birja itkiləri 1,6 milyard manatı ötüb
Icma.az bildirir, Yenisabah portalına istinadən.
2026-cı ilin yanvar–iyul aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 158,3 milyon manat təşkil edib.
“Yeni Sabah” Plat.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 634,9 milyon manat və ya 91,2% azdır.
Ötən ilin yanvar–iyul aylarında şirkətin birja dövriyyəsi 1 milyard 793,1 milyon manat olub. Beləliklə, “Xalq Kapital”ın birja dövriyyəsi illik müqayisədə 11,3 dəfə azalıb. pizza
Bununla yanaşı, şirkətin həyata keçirdiyi əməliyyatların sayı 110-dan 142-yə yüksələrək 29,1% artıb. Bir əməliyyata düşən orta məbləğ isə təxminən 16,3 milyon manatdan 1,1 milyon manata enib. Başqa sözlə, orta əqd məbləği 14,6 dəfə azalıb.
Dövriyyədəki kəskin azalmanın əsas hissəsi repo əməliyyatlarının payına düşüb. “Xalq Kapital”ın repo dövriyyəsi 1 milyard 703,8 milyon manatdan 147,1 milyon manata düşüb. Bu, 1 milyard 556,6 milyon manat və ya 91,4% azalma deməkdir.
Korporativ istiqrazlar üzrə əməliyyatların həcmi də 81,4 milyon manatdan 11,1 milyon manata enib. Beləliklə, bu istiqamətdə dövriyyə 70,3 milyon manat və ya 86,3% azalıb.
ARMB qiymətli kağızları üzrə isə 2025-ci ilin ilk yeddi ayında 8 milyon manata yaxın əməliyyat həyata keçirildiyi halda, 2026-cı ilin eyni dövründə bu istiqamətdə dövriyyə qeydə alınmayıb. Dövlət istiqrazları və səhmlər üzrə hər iki müqayisə dövründə əməliyyat olmayıb.
Rəqəmlərin müqayisəsi göstərir ki, “Xalq Kapital”ın birja dövriyyəsindəki 1,6 milyard manatdan çox azalmanın əsas səbəbi repo bazarındakı aktivliyin kəskin zəifləməsidir. Əqdlərin sayı artsa da, onların orta məbləğinin 14 dəfədən çox azalması şirkətin əvvəlki illə müqayisədə xeyli kiçik həcmli əməliyyatlar həyata keçirdiyini göstərir.
Qeyd edək ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb və şirkətin 100%-lik səhmdarı “Xalq Bank” ASC-dir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Sentyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















