Icma.az
close
up
RU
Xalq qarşısında müstəsna xidmətlər

Xalq qarşısında müstəsna xidmətlər

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü ildən bizi otuz iki il vaxt ayırır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkənin inkişafının sarsılmaz təməlləri qoyuldu.

1991-1993-cü illər ərzində Azərbaycanda dövlətin suveren mövcudluğuna çoxsaylı təhdidlər yaranmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələnmişdi. Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də Heydər Əliyevdən kömək istəməyə məcbur oldu. Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.
Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin ilk konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi. Nəticədə 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil oldu. 2003-cü ildən etibarən isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib.
Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, Prezident İlham Əliyev isə onu ustalıqla həyata keçirib.

Anar Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri