Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Vətən və xalq qarşısında...

Vətən və xalq qarşısında...

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

24 dekabr – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə tanış olmaq üçün sayısız yazılmış kitablar, deyilmiş sözlər, hazırlanmış hesabatlar, təltiflər, fəxri adlar var. Əminəm ki, bu iş bundan sonra da Azərbaycan tarixini öyrənən və bu tarixə dəyər verən insanlar tərəfindən böyük həvəslə, uğurla davam etdiriləcəkdir.

Yeddinci Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olaraq Prezident İlham Əliyev üçün mötəbər doğum günü tarixində bir məqamı xüsusi vurğulayım ki, Onun Ali Baş Komandan kimi formalaşdırdığı Müzəffər Azərbaycan Ordusunun igid, qəhrəman övladları 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasına dair əmri müvəffəqiyyətlə yerinə yetirdilər. Bu əmr möhtərəm Prezidentimizin adını tariximzə əbədi yazmaqla yanaşı, azərbaycançılıq məfkürəsinin həyatımızda və yaddaşlarda yaşadılması yolunda hər kəs üçün işıq olaraq, Azərbaycanı davamlı inkişafa aparacaq.

Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür.

Keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini öz əməlləri ilə təsdiq edəncənab Prezident Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Son 20 ildə Azərbaycan dünyanın diqqətini cəlb edərək sabit və dayanıqlı iqtisadiyyatı olan bir dövlətə çevrilib. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdırılıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək, Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin edib.

İcra olunan çoxvektorlu xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, dünyamızı narahat edən çağırışların icrasında özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf edirlər.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq mərkəzi kimi tanınan Azərbaycan ölkə başçısının xidmətləri sayəsində bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.
Təsadüfi deyil ki, cənab Prezidentin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var. Beynəlxalq arenada dünyanın ən nüfuzlu liderlərindən biri olaraq tanınmağıhəyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan edib.

Vətən və xalq qarşısında Cənab Prezidentin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun formalaşdırılmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdi.
Belə ki, son dörd il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə yaddaşlarda qalır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başayan İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi.

Azərbaycanın möhtəşəm Zəfəri ilə regionda yaranan yeni reallıq təkcə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının bərpasını deyil, həmçinin bütün regionda sülh və davamlı inkişafı təmin etmək imkanı qazandırdı.
Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuğ işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.

Böyük Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevi səmimi qəlbdən doğum günü münasibətilə təbrik edir, çiçəklənən Azərbaycanımızın demokratik, müstəqil inkişafı naminə yorulmaz, əzmkar fəaliyyətində sonsuz uğurlar diləyirik.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri