Icma.az
close
up
RU
“Xalq qəzeti” Xalqın qəzeti

“Xalq qəzeti” Xalqın qəzeti

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Hörmətli oxucular! Qəzetimizin 7 oktyabr 2025-ci il tarixli nömrəsindən həmin ərəfədə redaksiyamıza daxil olan oxucu məktublarından nümunələr dərc etməyə başlamışıq. XQ-nin bu ənənəni dirçəltməsini razılıqla qarşılamağınızı bizə ünvanladığınız yeni rəy və təklifləriniz təsdiq edir.

Qəzetimizin məktublar və ictimai rəy xidməti bundan sonra oxucularla əlaqələri daha da gücləndirəcək. Fəal oxucu təşəbbüskar və diqqətli vətəndaş deməkdir. Biz birgə səylərlə həyatda, məişətdə üzləşdiyimiz nöqsan və kəm-kəsirlərin aradan qaldırılmasına çalışmaqla, həyatımızın rahat və mənalı olmasına daha çox fayda verə bilərik.

Əziz oxucular, bir daha deyirik: bizə yazın, arzu, təklif və iradlarınızı bildirin. XQ öz səhifələrində xalqın səsinin daha yaxşı eşidilməsi üçün əlindən gələni etməyə hazırdır. Siz də əminsiniz ki, “Xalq qəzeti” xalqın qəzetidir!

Redaksiyadan

Milli elmimizin aynası

Hörmətli redaksiya!

AMEA-nın və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun yaranmasının 80 illik yubileyi münasibətilə XQ-də silsilə yazılar işıq üzü görüb. Bu tendensiya bu gün də davam edir və bizi çox sevindirir, qürurlandırır.

Hesab edirəm ki, Azərbaycan elminin inkişafını daim diqqət mərkəzində saxlayan redaksiyanızın bu sahədəki fəaliyyəti, təkcə informasiya dəstəyi kimi deyil, həm də elmi maarifləndirmə missiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qəzet ilə elmin, alimin dostluğu cəmiyyətin xeyrinədir.

Əminik ki, kollektiviniz gələcəkdə də ölkəmizin informasiya məkanının sağlamlaşdırılması, milli maraqlarının qorunması istiqamətində yorulmadan fəaliyyət göstərəcək, yeni dövrün çağırışlarına uyğun şəkildə öz peşəkar yolunu davam etdirəcək. Qələminiz hər zaman iti, sözünüz dəyərli, yolunuz açıq olsun!

Hörmətlə:

Arif HƏŞİMOV,
AMEA-nın akademiki

“Rahat” market işçilərinin narahatlığı

“Xalq qəzeti”nin redaksiyasına!

Biz, Mərdəkan yolunda yerləşən “Rahat Gourmetmarket”in əməkdaşları adından sizə müraciət edirik. Neçə ildir ki, çalışdığımız marketin yerləşdiyi ərazidə avtobus dayanacağı yoxdur. Ən yaxın avtobus dayanacağı, təxminən, 2 kilometr uzaqlıqda yerləşir. Biz bu məsafəni hər gün piyada qət etmək məcburiyyətində qalırıq.

Biz dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəhbərliyinə müraciət etmişik. Hər dəfə “araşdırılacaq”, “baxılacaq” və s. bu kimi başdansovdu cavablar veriblər. AYNA rəhbərliyi sadə bir problemi müşkülə çevirib. Onlar bizim işdən çıxanda xeyli məsafəni necə yorğun-arğın, deyinə-deyinə qət etdiklərimizi görsəydilər, bəlkə də insafa gələrdilər. Əllərində yük olanların işi lap çətin olur. Bunun yağışı, qarı, soyuğu var!

Ümid edirk ki, sevimli “Xalq qəzeti” öz səhifələrində bu problemi işıqlandıraraq həllinə nail olacaq. Əvvəlcədən təşəkkür edirik.

Hörmətlə:
Günay İSMAYILOVA,
Xəyalə MUSTAFAYEVA,
Sevinc HƏŞİMOVA,
Esmira ƏLİYEVA,
Emin QULİYEV,
Hidayət AĞABABAYEV
və başqaları.

Məktəbli çantaları niyə ağırdır?

Hörmətli redaksiya!

Bu məktubu bir valideyn kimi dərin narahatlıq hissi ilə yazıram. Son illər hamı görür və müşahidə edir ki, məktəblilər, xüsusilə ibtidai sinif şagirdləri yaşlarına, güclərinə uyğun olmayan çox ağır çantalarla məktəbə gedib-gəlirlər. Çox vaxt da onların çantalarını valideynləri, nənə və babaları daşıyırlar.

Mən bu məsələ ilə bağlı kiçik bir araşdırma da aparmışam. İbtidai sinif şagirdlərinin gündəlik dərs proqramına azı 5-6 fənn daxil olur və hər fənn üçün nəzərdə tutulan dərsliklər və iş dəftərləri kifayət qədər qalın olduğu üçün ağırdır. Bundan əlavə, müəllimlər uşaqlardan ev tapşırıqları üçün əlavə dəftərlər, test topluları və s. tələb edirlər. Bu isə uşaqların daşıdığı yükü (oxu: valideynlərin - red.) daha da artırır.

Mən 2-ci sinif şagirdinin anasıyam. Düşünürəm ki, hər bir problemin həll yolu var və sadəcə, onu tapmaq lazımdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ibtidai siniflərdə dərs yükünü azaltsa, dərsliklərin elektron versiyalarının istifadəsini genişləndirsə, vəziyyət xeyli yaxşılaşar.

Kübra BAĞIROVA,
Xəzər rayonu sakini

Məktubları çapa hazırladılar:
Nurəngiz ADİLQIZI,
Məsaim HACIXANLI,
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri