Icma.az
close
up
RU
Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30 cu ildönümündə məzarı başında anılıb

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30 cu ildönümündə məzarı başında anılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Xalq yazıçısı, nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, yazıçının ailə üzvləri, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında özünəməxsus və mühüm yer tutduğunu, onun yaradıcılığının milli-mənəvi dəyərlərin, xalqın taleyinin, Azərbaycan dilinin və milli kimliyin ifadəsində önəmli rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, İlyas Əfəndiyevin əsərlərində Azərbaycanın taleyi, xalqın milli-mənəvi dünyası, Qarabağ mövzusu, Türk dünyasının və Azərbaycan dilinin taleyi ilə bağlı fikirlər geniş əksini tapıb. Yazıçının mürəkkəb ictimai-siyasi şəraitdə milli məsələlərə müraciət etməsi onun yaradıcılığının mühüm xüsusiyyətlərindən biri kimi dəyərləndirilib.

Bildirilib ki, İlyas Əfəndiyev bütün zamanların yazıçısıdır. Onun əsərləri hər yeni nəsil doğulduqca yenidən doğulacaq. Zaman ötdükcə oxucu və tamaşaçı onun yaradıcılığını daha yaxından tanıyır, əsərlərini yenidən kəşf edir. Yazıçının əsərləri müxtəlif dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub.

Çıxışlarda İlyas Əfəndiyevin cismən bu dünyada olmasa da, yazdığı əsərləri, səhnələşdirilən pyesləri, yaratdığı obrazları və Azərbaycan ədəbiyyatına verdiyi töhfələri ilə xalqımızın yaddaşında yaşadığı vurğulanıb.

İlyas Əfəndiyevin dramaturgiyasının Azərbaycan teatrının inkişafında xüsusi əhəmiyyət daşıdığı, onun əsərləri əsasında hazırlanan tamaşaların bu gün də nümayiş etdirildiyi bildirilib. Çıxışlarda diqqətə çatdırılıb ki, əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi-mədəni mühitində həmişəyaşar olacaq.

İlyas Əfəndiyevin yaradıcılığının sənətkarlar nəslinin yetişməsinə də böyük təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, onun əsərlərinin uzun illər keçməsinə baxmayaraq, bu gün də teatr səhnələrində nümayiş etdirilməsi yazıçının ədəbi irsinin aktuallığını və sənət gücünü qoruduğunu göstərir.

Xalq yazıçısının ailə üzvləri adından çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyeva anım mərasimində iştirak edənlərə təşəkkürünü bildirib. O, İlyas Əfəndiyevin xatirəsinə göstərilən ehtiramın ailəsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - İlkin Cavanşirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri