Icma.az
close
up
RU
“Xalq yazıçısı Süleyman Rəhimov 125” adlı elektron məlumat bazası istifadəyə verilib

“Xalq yazıçısı Süleyman Rəhimov 125” adlı elektron məlumat bazası istifadəyə verilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 aprel, AZƏRTAC

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim, Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bir sıra silsilə materiallarla yanaşı, “Xalq yazıçısı Süleyman Rəhimov - 125” adlı elektron məlumat bazası da hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və rus dillərində hazırlanan bazada yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Ədalət Rəsulovanın “Zamanın hüdudlarını aşan sənətkar”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Sosrealizm: Azərbaycan modeli - Süleyman Rəhimov” kimi məqalələrinin tam mətni təqdim edilir.

Elektron bazada Süleyman Rəhimovun türk, ingilis, rus, bolqar, fransız dilinə tərcümə edilən yaradıcılıq nümunələrinin məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, ədəbi‐tənqidi, publisistik məqalələrinin, məruzələrinin, yazıçı haqqında qələmə alınan kitabların siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Süleyman Rəhimov bədii ədəbiyyatda və incəsənətdə”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri