Icma.az
close
up
RU
Xalqa qələmlə xidmətin nüfuz və dəyəri

Xalqa qələmlə xidmətin nüfuz və dəyəri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mətbuat Şurasında keçirilən növbəti yubiley mərasimində milli jurnalistika məktəbimizin istedadlı və nüfuzlu yetirməsi, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanovun anadan olmasının 75 illiyi həmkarları, dostları və doğmalarının əhatəsində sevgi-sayğı ilə ilə qeyd edildi.

Həmkarımızı media ictimaiyyəti adından səmimi təbrik edən MŞ sədri Rəşad Məcid jurnalist peşəsini həmişə uca tutduğuna, dövlət qulluqçusu kimi çoxillik xidməti zamanı da ölkə mediası ilə sıx əlaqə saxladığına görə təltif edildiyi yubiley diplomunu İsrafil Qurbanova təqdim etdi. Şura rəhbəri yubilyarın zəngin və mənalı ömür yoluna nəzər salaraq onun uzun illər ali dövlət qurumlarında kargüzarlığın, informasiya-nəşriyyat fəaliyyətinin ana dilimizdə qurulmasında fəal iştirak etdiyini məmnunluqla qeyd etdi. O bildirdi ki, İsrafil Qurbanov rəsmi həyatın ölkə mediasında yüksək peşəkarlıqla əks olunması ilə bağlı fəaliyyətini bu sahədə yetirmələri örnək kimi qəbul ediblər.

Məclisin təşkilatçısı olan Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu yubiliyarın bioqrafiyası barədə ətraflı məlumat verərək bildirdi ki, 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini yüksək təhsil uğurları ilə bitirmiş İsrafil Qurbanov orduda 2 illik zabit xidmətdən sonra peşə fəaliyyətinə Azərbaycan Jurnalistlər Birliyinin “Müxbir” bülletenində başlayıb. Azərbaycan və rus dillərində tarixi materiallarla sərbəst işləmək bacarığına görə həmkarımız Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi vəzifəsinə irəli çəkilib.

İstedadlı, məsuliyyətli və çalışqan jurnalist kimi həmkarımız 1981–1989-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında böyük məsləhətçi vəzifəsində çalışarkən rəsmi materialların Azərbaycan dilində hazırlanmasına və nəşr edilməsinə layiqli töhfə verib. 1989–1991-ci illərdə Azərbaycan KP MK-da kargüzarlıq ana dilimizdə təşkil ediləndə İsrafil Qurbanov bu sahədə təcrübəli praktik dil mütəxəssisi kimi partiya aparatının ümumi şöbəsinə təlimatçı vəzifəsinə gətirilib. O, 1991-ci ildən başlayaraq yeni formalaşan Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsləhətçi, sektor müdiri, 2007-ci ildən isə şöbə müdirinin müavini vəzifələrində nümunəvi xidmət göstərib.

Çoxillik səmərəli fəaliyyəti zamanı İsrafil müəllim Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarına, dövlət qulluğunda uzunmüddətli səmərəli xidmətinə görə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.

Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, türkoloq-folklorşünas Əli Şamil, AMEA-nın Ədəbiyyat İnstitutunun redaktoru Maral Poladova, yubilyarın tələbəlik yoldaşlarından Əməkdar jurnalist Rəhim Hüseynzadə, Kinemotoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı, jurnalistlər Əzizə Şamil, Elmira Qurbanova, Məsaim Abdullayev, Şərif Kərimli, Fuad Babayev, İmran Bədirxanlı, Şöhlət Abbas yubilyarın nüfuzlu jurnalist və dövlət qulluqçusu kimi yarım əsrlik fəaliyyətinin Vətənə xidmətin dəyərli nümunəsi olduğunu söylədilər.

Türkiyəli ədəbiyyatşünas Seyfəddin Altaylı, şərqşünas-diplomat Abbasəli Həsənov, diaspor fəalı Qənimət Səfərov, bioloq alim Mədət Qurbanov, iqtisadçı alim Ülvi Bayramov, həkim-cərrah Gəray Qurbanov, yubilyarın qızı Elnurə Qurbanova və başqaları İsrafil Qurbanovu fədakar vətəndaş və sadiq dost, qayğıkeş insan və gözəl ailə başçısı kimi səciyyələndirdilər.

Sonda çıxış edən İsrafil Qurbanov keçdiyi ömür yoluna və fəaliyyətinə verilən yüksək dəyərə görə MŞ rəhbərliyinə və məclis iştirakçılarına səmimi təşəkkürünü çatdırdı. O bildirdi ki, bundan sonra da doğma jurnalistika xidmətini davam etdirmək üçün həvəslə çalışacaq, yarımçıq qalmış mövzuları üzərində işləyəcək, yeni axtarışlar aparacaq.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri