Icma.az
close
up
RU
Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili

Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

15 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Samux rayon təşkilatının Sərkar kənd ərazi partiya təşkilatında Prezident İlham Əliyevin fəaliyyətinin 22-ci ildönümünə həsr edilmiş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ili” adlı elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi iki ili tamam olur. Müasir tariximizə möhtəşəm 22 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib. Sədr həmçinin qeyd edib ki, tarixi kontekstdə qısa dövr olsa da, bu 22 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir. 22 illik bu qısa dövr ərzində Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun diqqətdə saxlanılması, dövlət idarəçiliyində şəffaflığın prioritet olması Prezident İlham Əliyevin siyasi xəttinin əsas istiqamətlərini təşkil etmişdir. Məhz bu sabit və düşünülmüş daxili və xarici siyasət sayəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib.

G.Bayramov onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizi regionun lider dövlətinə çevirib. Dövlət başçısının uzaqgörən və prinsipial addımları nəticəsində bu gün Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq platformasının mərkəzində dayanır.

Daha sonra tədbirdə iştirak edən Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Sərkar kənd ərazi partiya təşkilatının üzvü Təhmasib Əliyev, Sərkar kənd Ağsaqqallar Şurasının sədri Xaliq Əliyev və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 22 il ərzində bütün sahələr dinamik inkişaf edib, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib.

Tədbirdə həmçinin qeyd edilib ki, bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasında inamla addımlayır. İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətin nəticəsində Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri