Icma.az
close
up
RU
Xalqa xidmət, təvazökarlıq və məsuliyyət idarəçiliyin əsas meyarıdır ŞƏRH

Xalqa xidmət, təvazökarlıq və məsuliyyət idarəçiliyin əsas meyarıdır ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul etməsi, təkcə kadr dəyişikliyi aktı deyil, dövlət idarəçiliyində yeni davranış modelinin və mənəvi məsuliyyət sisteminin təsdiqi kimi dəyərləndirilir.

Dövlət başçısının bu görüşdə söylədiyi “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, bir tərəfdən yeni rəhbərlərə verilən siyasi inamın ifadəsidirsə, digər tərəfdən məmurlardan gözlənilən xidmət fəlsəfəsinin sərhədlərini müəyyənləşdirilməsidir. Bu etimad xalqın rifahı naminə iş görmək, dövlət siyasətinin icrasında şəffaflıq və vicdan prinsiplərinə sadiq qalmaq anlamına gəlir. Yəni xalqa xidmət dövlət məmurunun vəzifəsi deyil, borcudur. Cənab Prezident İlham Əliyev çıxışında açıq şəkildə vurğuladı: “İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq.” Bu fikirdə dövlət idarəçiliyinin əsas fəlsəfəsi ifadə olunur. Xalqdan uzaq məmur anlayışı artıq keçmişdə qalıb. Müasir idarəetmə modeli xalqın arasında olmaq, onun problemlərini bilmək və həlli üçün birbaşa məsuliyyət daşımaq üzərində qurulmalıdır. Cənab Prezidentin bu mesajı bütün bölgələrdə məmurlar üçün aydın siqnaldır: vəzifə kabinetdə deyil, xalqın içində, kənddə, cəmiyyətdə, insanın yanında yerinə yetirilməlidir. Cənab Prezidentin “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” çağırışı, dövlət idarəçiliyində yeni etik mərhələnin başlanğıcıdır. “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını, həm də dövlətimizin siyasətinə ləkə vururlar.” Bu xəbərdarlıq sadəcə nəsihət deyil, dövlətin məmur siyasətinin ideoloji çərçivəsidir. Məmur üçün təvazökarlıq, sadəlik və dürüstlük artıq şəxsi keyfiyyət deyil, xidmətin zəruri şərtidir. Dövlət başçısının vurğuladığı kimi, “əyrilik edən hər bir məmur qanun qarşısında cavab verəcək” – bu, Azərbaycanda şəffaf və ədalətli idarəetmənin dəyişməz prinsipidir. Prezident İlham Əliyev çıxışında son illərdə bölgələrdə aparılan genişmiqyaslı infrastruktur layihələrinin uğurla tamamlandığını qeyd etdi: “Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb.” Bu fikir, Azərbaycanın regional inkişaf strategiyasının sosial ədalət və insan mərkəzli istiqamətə yönəldiyini göstərir. Cənab Prezidentin “əsas prinsip sosial ədalət prinsipidir” ifadəsi bu siyasətin mahiyyətini açır. Artıq məqsəd yalnız yollar, körpülər, xəstəxanalar tikmək deyil – bərabər imkanlar yaratmaq, sosial rifahı və insan məmnuniyyətini təmin etməkdir. Cənab Prezident çıxışında açıq şəkildə bildirdi ki, mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət sağlamlaşıb. “Qanunsuz tapşırıqlar verən, qanunsuz varlanmanı özlərinə məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.” Bu cümlə dövlətin etik məsuliyyət siyasətinin və “təmiz idarəçilik” strategiyasının davamı kimi səsləndi. Cənab Prezidentin “əgər kimsə sizə qanunsuz tapşırıq verərsə, dərhal mənə məlumat verin” tapşırığı idarəetmə mədəniyyətində birbaşa hesabat və şəffaflıq mexanizmini möhkəmləndirir. Bu, həm də Prezidentin vətəndaşın yanında, məmurdan yuxarıda yox, məmurla xalq arasında körpü rolu oynayan lider obrazını daha da gücləndirir. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin qarşısında duran əsas vəzifələrdən biri bölgələrdə məşğulluğu artırmaq, miqrasiyanın qarşısını almaq və yerli sahibkarlığı dəstəkləməkdir: “İnsanları işlə təmin etmək üçün dövlət müxtəlif addımlar atır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir.” Bu, dövlətin sosial siyasətinin iqtisadi dayaqlarını gücləndirən, insanı rifahın mərkəzinə gətirən yanaşmadır. İcra başçıları üçün əsas mesaj isə aydındır – yerli iqtisadi təşəbbüsləri dəstəkləmək, iş yerləri yaratmaq və sahibkarla dövlət arasında etimadı möhkəmləndirmək. Prezident İlham Əliyevin çıxışının əsas fəlsəfəsi “xalqla birlikdə, xalq üçün idarəetmə” prinsipinə əsaslanır: “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır.” Bu, dövlət idarəçiliyində mərkəzləşmiş deyil, ünsiyyətə dayanan modelin təzahürüdür. Yeni təyin olunan icra başçıları üçün bu, təkcə iş prinsipi deyil, həm də xalqla əlaqənin siyasi məsuliyyətə çevrildiyi göstəricidir.

Cənab Prezident İlham Əliyev bu çıxışı ilə məmur kadr siyasətində yeni bir səhifə açdı. O, açıq şəkildə bildirdi ki, xalqın etimadını qazanmaq və onu qorumaq məmurun ən böyük vəzifəsidir: Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.Müasir dövrdə dövlətə sədaqət yalnız sözlə deyil, əməl və xidmətlə sübut olunur.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri