Dövlət idarəçiliyində yeni mərhələ xalqa xidmət və məsuliyyət prinsipi
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci il noyabrın 12-də Prezident İlham Əliyevin Naxçıvanda keçirdiyi qəbul, təkcə kadr təyinatı ilə bağlı rəsmi tədbir deyil, həm də müasir Azərbaycan idarəçilik sisteminin əsas istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə idi. Prezidentin çıxışı dövlətin qarşısında duran vəzifələrin, idarəetmədə yeni tələblərin və məmur məsuliyyətinin mahiyyətini bir daha ortaya qoydu.
Dövlət başçısı çıxışında açıq şəkildə bildirdi ki, dövlət siyasətinin mərkəzində xalq amili dayanmalıdır. “Xalqa xidmət etmək” anlayışı Prezident İlham Əliyevin rəhbərliyi altında artıq formal şüar deyil, idarəetmənin fəlsəfəsinə çevrilmiş reallıqdır. Prezident qeyd etdi ki, vəzifə daşımaq — imtiyaz deyil, əksinə, xalq qarşısında ağır məsuliyyətdir. Hər bir dövlət qulluqçusu bu məsuliyyətin fərqində olmalı, öz fəaliyyətini dürüstlük, ədalət və şəffaflıq prinsipləri üzərində qurmalıdır.
Prezident İlham Əliyev icra hakimiyyəti başçılarına və yeni səlahiyyətli nümayəndəyə müraciət edərək vurğuladı ki, “xalqın etimadını qazanmaq üçün söz deyil, əməl lazımdır”. O, məmurların fəaliyyətində ən vacib meyarın vətəndaş məmnunluğu olduğunu bildirdi. Prezidentin fikrincə, xalqla birbaşa ünsiyyət, problemlərin yerində dinlənilməsi və operativ həll yollarının tapılması müasir idarəçiliyin əsas göstəricisidir.
Dövlət başçısı korrupsiya və bürokratiya hallarına qarşı prinsipial mövqeyini bir daha bəyan etdi. O bildirdi ki, bu kimi mənfi hallar dövlətin imicinə zərbə vurur və ictimai etimadı sarsıdır. Prezident vurğuladı:
“Heç kim xalqın etimadını itirməyə haqqı yoxdur. İcra başçısı olmaq, dövlətin adını təmsil etmək deməkdir. Bu adla yaşayan hər kəs öz davranışına, qərarına və münasibətinə diqqətlə yanaşmalıdır.”
Bu çağırışlar dövlət idarəçiliyində hesabatlılıq və şəffaflığın artıq dönməz prinsipə çevrildiyini göstərdi.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















