Icma.az
close
up
RU
Xalqımız tarixən erməni təxribatlarına məruz qalıb

Xalqımız tarixən erməni təxribatlarına məruz qalıb

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ermənilər tərəfindən 2 əsr davam edən məkrli siyasət nəticəsində on minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Məhz ermənilər 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Həmin dövrdə ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyub. Ermənilər evləri yandırmış, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və ölkəmizin digər ərazilərində həyata keçirilib.

Erməni daşnakları tərəfindən bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda on minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış, yeddi min nəfər məhv qətlə yetirilib. 1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması ilə bağlı məkrli siyasət həyata keçiriblər. Nəticədə azərbaycanlıların kütləvi şəkildə tarixi ata-baba torpaqlarından deportasiyası həyata keçirilib. 1988-ci ildən başlayaraq Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsi və ərazi iddialarının yeni dalğası yaranıb. Erməni millətçiləri Qərbi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, Qarabağı isə Azərbaycandan ayırmaq üçün çirkin əməllərə əl atıblar. Tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 613 nəfər xocalı sakini erməni cəlladları tərəfindən amansızcasına qətlə yetirilib.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu strategiya və Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Məhz bu reallığın nəticəsi odur ki, Azərbaycan bu gün tarixdə olmadığı qədər güclüdür. Ona görə də iqtisadi inkişafa, hərbi gücə və xalqın birliyinə əsaslanan dövlətimiz tarix boyu başımıza gətirilən müsibətlərin qisasını döyüş meydanında almış oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan son iki yüz illik tarixində ilk dəfə itirmiş olduğu torpaqlarını geri qaytarmağa nail oldu. 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə erməni separatizminin ərazilərimizdən kökü birdəfəlik kəsildi. Azərbaycan öz ərazisi üzərində konstitusiya quruluşunu tam bərpa etdi. Erməni separatizminə Cənubi Qafqazda sarsıdıcı zərbə vuruldu. Bölgədə sülhə təhdid yaradan başlıca amillər aradan qalxdı. Düşmən döyüş meydanında məğlub edilərək kapitulyasiya aktına imza atmağa məcbur edildi. Son 30 ildə xalqımızın başına gətirilən müsibətlərə görə işğalçı Ermənistan döyüş meydanında cavab verməli oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə tarixi ədaləti bərpa etməklə şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün Şuşada, Xankəndidə, Xocalıda və digər işğaldan azad edilmiş ərazilərimizdə, bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımız böyük qürurla dalğalanır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri