Icma.az
close
up
RU
Xalqımız zəfərlərimizə layiq futbol həsrətindədir

Xalqımız zəfərlərimizə layiq futbol həsrətindədir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli komandamızı nə vaxt Avropa və Dünya oyunlarında görəcəyik?

Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) ölkəmizdə futbolun inkişafına və kütləviləşməsinə töhfə vermək niyyətindədir. Bunun üçün AFFA-nın inkişaf strategiyasının layihəsi hazırlanaraq ictimaiyyətə açıqlanıb. Proqramda diqqəti çəkən məqamlardan biri də odur ki, uşaq futbolunun inkişafı ilə bağlı detallara çox az yer verilib. Strategiyanın əsas 5 müddəasının 1-ci bəndində kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75 komanda sırasına yüksəldilməsi uzunmüddətli hədəf kimi qarşıya qoyulub. 

Amma xatırlamalıyıq ki, Azərbaycan millisi tarixində ilk dəfə 2014-cü ildə FİFA reytinqində 73-cü pilləyə yüksəlmişdi. O zaman komandamızın “sükanı” arxasında millimizin tarixində bəlkə də ən çox tənqid olunan almaniyalı mütəxəssis Berti Foqts dururdu. İndi AFFA-nın can atdığı “yüksək” nəticə o zaman bəs bizi niyə qane etmirdi? 

1994-1995-ci illərdə millimizin baş məşqçisi vəzifəsində çalışmış Ağasəlim Mircavadov qəzetimizə bu mövzu ilə bağlı maraqlı açıqlama verdi: 

Avropa, Dünya  çempionatında oynamırıqsa  o reytinq nəyə lazımdır

–FİFA reytinqi mühüm əhəmiyyət daşıyır. Amma bunu da düşünün ki, əgər Avropa, Dünya çempionatlarında oynamırıqsa, o reytinq nəyə lazımdır. Lap 60-cı sıraya yüksələk. Hədəf qlobal olmalıdır. Dünya və Avropa çempionatlarında mübarizə aparacaq komanda hazırlamalıyıq. Bunun üçün biz birgə mübarizə aparmalıyıq, düşüncəmiz, iradəmiz bir olmalıdır. Strategiya, ümumilikdə, yaxşıdır. Amma o, kağız üzərində qalmayacaq ki? Bunun üçün güclü sponsorlar, böyük maliyyə lazımdır. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, uşaq futbolundan başlamalıyıq. Regionlara nəzər salın. Futbol infrastrukturu acınacaqlı vəziyyətdədir. Niyə futbolumuza bu qədər biganəyik?

65 idman məktəbindən yalnız 5-də futbol meydançası

AFFA-nın açıqladığına görə, ölkəmizdə fəaliyyət göstərən 65 idman məktəbindən (UGİM) yalnız 5-nin futbol meydançası var. 

Gənclər və İdman Nazirliyinin məlumatına görə, qurumun tabeliyində olan 29 UGİM-dən 11-də futbol bölməsi fəaliyyət göstərir. Məsələn, Yevlaxda fəaliyyət göstərən UGİM-in futbol meydançası olmadığı halda hansı keyfiyyətli işdən danışmaq olar. Düzdür, futbol bölməsinin müxtəlif yaş qrupları üzrə komandaları üçün müəyyən meydançalar ayrılıb. Onların məşq keçdikləri rayonun 7 nömrəli tam, eləcə də Qoyunbinəsi tam orta məktəblərin meydançaları standartlara uyğun deyil. Ümumiyyətlə, idman məktəblərinin hazırlıq keçdikləri meydançaların çoxu yararsızdır. Şəmkir UGİM-in yetirmələri isə Şəmkir Olimpiya İdman Komleksində, Kür qəsəbə idman meydançasında və ərazidə yerləşən orta məktəblərin bazalarındakı təmirə ehtiyacı olan arenalarda keçirlər. Mingəçevir UGİM, Naftalan UGİM, Gəncə UGİM və digər müəssisələr də eyni aqibəti yaşayırlar. 

Ağasəlim müəllim xüsusən regionlarda vəziyyətin ürəkaçan olmadığını dedi:

Məşq meydançaları  yox dərəcəsindədir

–Məşq meydançaları 105X68, heç olmasa 100X60-a olmalıdır. Bu cür meydançalar yox dərəcəsindədir. Məsələn, Bakıda 40X20 ölçülü üstüörtülü meydançalar var. Özü də ödənişli fəaliyyət göstərirlər. Təbii ki, bununla uşaq futbolunu inkişaf etdirmək olmaz. U-21 millimizin oyunu zamanı Şimali İrlandiyada meydançalarla tanış olduq. Orada futbola münasibət tam başqadır. Əhalisi 2 milyona yaxın olan bu ölkədə 250 futbol meydançası var. Özü də yüksək səviyyəli arenalardır. Millimizin məşq etdiyi stadionda 12 meydança var idi. Onlardan cəmi 2-si süni ot örtüklü idi. 

Futbolu təbii ot örtüklü stadionda oynayarlar

Mütəxəssis qeyd etdi ki, futbolu inkişaf etdirmək üçün ilk növbədə infrastruktur qurulmalıdır:

– Futbolu təbii ot örtüklü stadionda oynayarlar. Süni ot örtüklü meydançalar diz nahiyəsini, əzələləri öldürür. Digər tərəfdən, süni ot örtüklü meydança ilə, təbii ot örtüklü meydançalarda topun düşüb, qalxması fərqlidir. Ötən ilin noyabrında millimizin Estoniya komandası ilə oyunu COP29-a görə regionda keçirilməli idi. Qəbələdəki stadion UEFA standartlarına cavab vermədiyi üçün bir sıra təmir işləri görüldü. Vaxtilə Gəncədə stadionlar var idi. Bəzi stadionlar yararsız vəziyyətdədir. Onların inşasından qərinələr keçib. Uşaqlar meydanlarda yetişməlidir. 

AFFA-nın inkişaf strategiyasında UEFA-nın klub reytinqində kişilərdən ibarət komandanın ilk 20-də yer alması da uzunmüddətli hədəf kimi qarşıya qoyulub. Nəzərə alaq ki, bir neçə il bundan əvvəl klublarımızın uğurlu çıxışları ilə reytinqimiz yüksəlmiş, Azərbaycan 23-cü pillədə qərarlaşmışdı. Yəni bu hədəfə çatmaq üçün uzun zamana gərək yoxdur. Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyi təmin etmək də qarşıya hədəf qoyulub. Bəs nəticə olaraq nə vaxt kişilərdən və qadınlardan ibarət A milli komandalarımızı Avropa çempionatında görəcəyik? AFFA-nın təqdim etdiyi strategiyada da nə vaxt Avropa, neçə müddətdən sonra Dünya çempionatının final mərhələsində oynamağımızla bağlı suallara cavab tapmaq istərdik.

Leyla QURBANOVA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri