Icma.az
close
up
RU
Xalqın və dövlətin adından: Sağ olun, Mehriban xanım!

Xalqın və dövlətin adından: Sağ olun, Mehriban xanım!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sən də sağ ol!” Bu sözləri Prezident İlham Əliyev bu günlərdə işğaldan azad olunmuş ərazilərimizə - Kəlbəcər və Ağdərə rayonlarına səfəri çərçivəsində doğma yurd yerlərinə qayıdan sakinlərlə görüşündə birinci xanım Mehriban Əliyevaya xitabən deyib. Ağdərə rayonundan verilən reportajlarda artıq sosial şəbəkələrdə trendə çevrilən, heç də adi olmayan bir səhnə izlədik. Mehriban xanım Əliyeva postmüharibə dövründə dəfələlərlə Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərdə səfərlərdə olub. Bu dəfə o, keçmiş məcburi köçkünlərlə görüşdə dövlət başçısının yanında yox, sakinlərin arasında dayanmışdı.

Həmin görüşü, dövlət başçısının Mehriban xanım Əliyevaya “sən də sağ ol” xitabını müxtəlif baxış bucağından dəyərləndirmək mümkündür. Əvvəla, bu, Prezident tərəfindən, dövlətin və xalqın adından edilən bir təşəkkürdür ki, bu da çox yüksək dəyərə malikdir. İşğaldan azad olunmuş ərazilərin bərpasına, burada aparılan quruculuq-bərpa işlərinə son dərəcə həssas yanaşan Prezident İlham Əliyev belə təşəkkürləri çox etmir. Yalnız işinə vicdanla yanaşan, layihələrin icrasında əsl peşəkarlıq göstərən və nəticələr qazanan məmurlar bu cür yüksək qiymətə layiq görülürlər. Dövlət başçısının məmnunluğu həm böyük şərəf, həm də əlavə məsuliyyətdir.

Bu mənada dövlət və xalq adından Prezidentin təşəkkürü Mehriban xanım Əliyevanın halal-haqqıdır, ona həqiqətən böyük “sağ ol” düşür.  Əvvəlcə onu xatırladaq ki, Vətən müharibəsindən sonrakı beş ildə Mehriban xanım Əliyeva dövlət başçısını işğaldan azad olunmuş ərazilərə səfərlərdə heç vaxt tək buraxmayıb, Onunla birlikdə işğal illərində dağıdılmış, xarabazarlığa çevrilmiş şəhər və kəndlərimizi qarış-qarış gəzib. Mehriban xanım Əliyevanı qışın soyuğuna, yayın istisinə baxmayaraq, bura çəkən ruhundakı doğma torpaqlarımıza bağlılıqdır, vətənpərvərliyidir. Şəhər və kəndlərimizin, tarixi mədəni-dini abidələrimizin erməni vandalları tərəfindən acınacaqlı vəziyyətə  salınması xalqımızın hər bir nümayəndəsi kimi, onun da qəlbinə toxunur, ürəyini ağrıdır. İnsan yalnız daxilən yananda, acıyanda bu hissləri keçirir.

Xalqımız, dövlətimiz qurucudur. Bunu müharibə başa çatandan sonra Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə başlayan quruculuq-abadlıq işləri əyani şəkildə təsdiqləyir. Xain düşmən zənn edirdi ki, Azərbaycanın geri qaytardığı 11 min kvadratkilometr ərazini bərpa etməyə, dirçəltməyə gücü çatmayacaq, ən azından buna onilliklər lazım gələcək. Düşmən yenə yanılmışdı. Bərpa-quruculuq işləri müharibə başa çatandan dərhal sonra başladı. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev Qarabağı mümkün qədər tez dirçəltmək və dünyanın ən gözəl guşələrindən birinə çevirmək əzmindədir. Son beş ildə görülən işlər, reallaşdırılan layihələr Azərbaycan dövlətinin gücünü və məsuliyyətini bütün dünyaya nümayiş etdirir. Göz önündə yeni bir Qarabağ formalaşır, xarabalıqlar üzərində abad şəhərlər, kəndlər ucalır. Qısa müddətdə ərazilərin məskunlaşdırılmasınadək yol keçilməsi böyük uğurdur və bu uğurun əldə olunmasında Mehriban xanım Əliyevanın şəxsi iştirakını ayrıca qeyd etmək lazımdır. Məlumdur ki, işğal illərində həmçinin tarixi mədəni-dini abidələrimiz də erməni vandalizminə məruz qalıb. İşğal dövründə buradakı 67 məsciddən 65-i tamam dağıdılıb, eyni zamanda ziyarətgahlarımız, qəbiristanlıqlarımız təhqirlərə məruz qalıb. Buna dözmək olardımı? Əsla! Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Layihə barədə danışan Mehriban Əliyeva “Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”, - deyə vurğulayıb.

Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərməyə başlayıb. Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir.

Layihəyə start veriləndə Mehriban xanım Əliyeva əminliklə bildirirdi ki, bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır! Mehriban Xanım Əliyevanın arzu və diləkləri artıq reallıqdır. Zamanında dağıdılmış ibadət yerləri bir-birinin ardınca yüksək səviyyədə bərpa olunaraq etiqadlı insanların istifadəsinə verilir. İndiyədək Ağdam Cümə məscidində, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidlərində aparılan bərpa layihələri üzrə işlər yüksək səviyyədə tamamlanıb, həmçinin Zəngilan məscidinin açılışı baş tutub. Hazırda isə bu qəbildən olan layihələr digər ünvanlarda davam etdirilir. Cari ilin mart ayında  Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışı baş tutub. Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb. Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Qeyd edək ki, Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib.

Mehriban xanım Əliyevanın səyləri sayəsində Qarabağın, o cümlədən də Şuşanın çal-çağırlı günləri geri qayıdır. Artıq Şuşada bir neçə dəfə “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri böyük uğurla baş tutub.  Əlamətdar haldır ki, Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təşkilk olunan bu tədbirlərə Türkdilli ölkələrdən olan  xalq yaradıcılığı kollektivlərinin təmsilçiləri də məmnuniyyətlə qatılırlar. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin bərpasında, xüsusilə də tarixi mədəni-dini abidələrin bərpasında, ənənələrin geri qaytarılmasında Mehriban xanım Əliyevanın verdiyi töhfələrin əhatə dairəsi kifayət qədər genişdir və buna görə də ona xalq və dövlət adından “sağ ol” demək tam yerinə düşür.

Mehriban xanım Əliyevanın Ağdərə rayonunda dövlət başçısının xüsusi təşəkkürünü qazanmasını həm də onun xeyirxahlığına, hər addımda nümayiş etdirdiyi humanizminə verilən yüksək qiymət kimi dəyərləndirmək mümkündür. Humanizm Mehriban xanımın həyatından və çoxşaxəli fəaliyyətindən qırmızı xətt kimi keçir. O, məhz qəlbindəki xeyirxahlıq duyğularından güc alaraq çoxşaxəli fəaliyyətini ilk növbədə çətinliyə düşən, qayğıya, köməyə ehtiyacı olan insanlara, ələlxüsus da həssas qrupların təmsilçilərinə - qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə qazilərinə, sağlamlıq imkanları məhdud olanlara kömək əli uzatmaq, onlara hansısa bir formada yardımçı olmaq istiqamətində qurub. O, Azərbaycan qadınının fədakarlığını və xeyirxahlığını müstəqil Azərbaycanın qüdrətinin artması, insanların rifah halının yaxşılaşması naminə fəaliyyətində daim təcəssüm etdirir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyəti onu bütün Azərbaycan vətəndaşlarının sevimlisinə çevirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoyan Mehriban xanım Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu. Qısa zaman ərzində Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, iş adamlarının yardımı ilə bir çox ailənin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi, eyni zamanda, digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi ilə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra edildiyini, görülən işlərin əhəmiyyətini göstərir.

Çoxşaxəli fəaliyyətində humanizm prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami və Abşeron rayonlarında bir neçə çoxmərtəbəli yaşayış evi tikilib. İndiyədək fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində onlarca internat məktəbi və uşaq evi yenidən qurulub.

İndiyədək Mehriban xanım Əliyevanın bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də onun humanizm dəyərlərinə böyük önəm verdiyini bir daha təsdiqləyir. Vurğulamaq yerinə düşər ki, onun  irəli sürdüyü amnistiya təşəbbüsləri ölkəmizdə böyük ictimai dəstək qazanıb.

Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil, amma bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir. Bu kimi xatırlatmalardan sonra Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni mənzillərlə təmin olunan sakinlərlə keçirdiyi görüşdə dövlət başçısının yanında yox, keçmiş məcburi köçkünlərin arasında yer alması rəmzi məna daşıyır. Birinci xanım zamanında çətin sınaqlarla üzləşən soydaşlarımızın problemlərinə çox həssas münasibət bəsləyib, indi isə onların doğma yurd yerlərinə qayıtmalarının sevincini bölüşür. İnsanın xoşbəxtliyi də elə bundadır. Sən xalqının problemlərinə biganə qalmırsan, insanların həyatını yüngülləşdirməyə çalışırsan, xalq da, dövlət də, Prezident də bunu yüksək dəyərləndirərək sənə “sağ ol” deyir.  

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see240

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see184

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see165

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see143

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see134

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see130

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see128

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see127

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see125

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see124

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see123

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see121

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see120

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see120

İsrail Yəmənə hücum etdi, prezident sarayı hədəf olub

24 Avqust 2025 17:18see119

Braqa nın hücumçusu Qarabağ a keçəcək?

24 Avqust 2025 17:58see119

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see118

SON DƏQİQƏ! “Sədərək” ticarət mərkəzində yanğın BAŞLADI

24 Avqust 2025 12:13see118

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see116

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri