Icma.az
close
up
RU
Xalqın yaddaşında əbədi həkk olunmuş liderlik məktəbi ŞƏRH

Xalqın yaddaşında əbədi həkk olunmuş liderlik məktəbi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər xalqın tarixində şəxsiyyətlər var, bir də tarix yaradan, xalqın taleyini dəyişən dahilər. Azərbaycan xalqı üçün belə şəxsiyyət Ulu öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü yalnız bir doğum günü deyil – bu, müasir Azərbaycanın qurucusuna verilən siyasi, mənəvi və tarixi qiymətin simvoludur. Heydər Əliyev fenomenini anlamaq üçün onun idarəçilik fəlsəfəsinə, dövləti yenidən qurmaq gücünə və milli strateji konsepsiyasına sistemli yanaşma vacibdir. Bəli bu dahinin doğum günü – 10 may sıradan bir gü, bir tarix deyil, bu, Azərbaycan tarixinə yazılmış şanlı və unudulmaz səhifədir. Bu bütöv bir dövrün, xalqın yaddaşında əbədi həkk olunmuş liderlik məktəbinin anımıdır. 1969-cu il. SSRİ kimi sərt rejimlə idarə olunan bir imperiyanın tərkibindəki Azərbaycanda həyat iflic olmuşdu. Sənaye zəif, kənd təsərrüfatı geridə, xalq isə ümidsiz idi. Məhz belə bir zamanda Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə dirçəliş başlandı. O, planlı və dəqiq yanaşması ilə təkcə iqtisadiyyatı deyil, həm də xalqın özünə inamını bərpa etdi. Naxçıvandan Bakıya, dağ kəndlərindən sənaye mərkəzlərinə qədər hər kəs bu yeni nəfəsi duyurdu. 1969–1982-ci illər əslində Sovet imperiyası içində milli özünüdərk modeli idi. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin olunması yalnız SSRİ-nin daxili kadr rotasiyası deyildi. O, Sovet sistemində milli maraqları müdafiə etməyi bacaran azsaylı liderlərdən biri idi. Bu dövrdə aparılan kadr islahatları, sənayenin inkişafı, elmi mərkəzlərin qurulması və Bakının intellektual simasının formalaşması faktiki olaraq “milli oyanışın” iqtisadi və sosial bazasını yaratdı. Beləliklə Ulu öndər Heydər Əliyev SSRİ-nin sərt idarəetmə sistemində milli düşüncə ilə inkişaf modelini uyğunlaşdırdı – bu isə gələcək müstəqilliyin sosial-siyasi hazırlığını təmin etdi. Açıq deməliyəm ki, Yeni Azərbaycan Partiyası milli dövlətin siyasi təməl dayağı kimi tarixə düşdü. Ötən illərə nəzər salaq. 1990-cı illərin əvvəllərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Dövlət idarəçiliyi səriştəsiz, siyasi sistem isə xaotik idi. Məhz bu dramatik tarixi fon üzərində Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası yalnız bir siyasi təşkilat kimi deyil, xalqın siyasi iradəsinin və dövlətçilik əzminin ifadəsinə çevrildi. Ulu öndərin dediyi kimi; "Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyini öz üzərinə götürməyə qadir bir partiyadır." YAP ilk gündən dövlətçilik ideologiyasına əsaslandı. Onun proqram və nizamnamə prinsipləri milli maraqlara, sosial ədalətə, vətəndaş həmrəyliyinə söykənirdi. Heydər Əliyevin liderliyində bu partiya qısa müddətdə geniş xalq dəstəyini qazandı və ölkənin siyasi həyatında müəyyənedici qüvvəyə çevrildi. YAP-ın qurulması ilə Azərbaycanda siyasi sistemə strateji nizam gətirildi. Xaotik çoxpartiyalılıq mühitində YAP strukturlaşmış, proqramlı və dövlətçilik məsuliyyəti daşıyan yeganə güc olaraq önə çıxdı. Bu partiya vasitəsilə Heydər Əliyev cəmiyyətin bütün təbəqələrini əhatə edən sosial-siyasi konsolidasiyaya nail oldu. YAP-ın missiyası təkcə seçkilərdə iştirak etmək və hakimiyyəti əldə saxlamaq deyildi. Onun varlığı Azərbaycan dövlətçiliyinin təhlükəsizliyinin təminatına, milli ideologiyanın formalaşmasına və davamlı siyasi sabitliyə xidmət edirdi. YAP-ın yaradılması həm də siyasi boşluğun strukturlaşdırılması idi. 1990-cı illərin əvvəllərində yaranmış siyasi vakuum, dövlətçilik təfəkküründən uzaq qruplaşmaların qarşıdurması ölkəni fəlakətə sürükləyirdi. Belə bir məqamda yaradılan Yeni Azərbaycan Partiyası, Heydər Əliyev zəkasının siyasi institutlaşdırılmış forması idi. YAP təkcə bir partiya kimi deyil, dövlətçilik və idarəçilik təcrübəsinin daşıyıcısı kimi formalaşdı. Bu günə qədər partiyanın siyasi sabitlikdə rolu onun ideoloji dayanıqlığının sübutudur. YAP-ın təşkilatlanması ölkənin siyasi sisteminə nizam, sistemlilik və davamlılıq gətirdi. Xaotik mühitdə bu partiya xalqın siyasi iradəsini ifadə etdi, hakimiyyət və xalq arasında körpü rolunu oynadı. Bu məqamda YAP-ın siyasi sistemi tamamlamaqla yanaşı, onu əxlaqi cəhətdən legitimləşdirməsi xüsusi vurğulanmalıdır. Bu gün cənab Prezident İlham Əliyevin liderliyində YAP Heydər Əliyev siyasi kursunu davam etdirməklə yanaşı, onu müsir siyasi idarəetmə ilə uzlaşdıraraq strateji yenilənmələr edir. Cənab Prezident deyib: “Biz Heydər Əliyev siyasi irsini qoruyur, onu müsir çağırışlarla uzlaşdıraraq gələcəyə daşıyırıq.” Konkret desəm YAP bu gün sadəcə iqtidar partiyası deyil, dövlət ideologiyasının daşıyıcısı, xalqla siyasi sistem arasında etibar rəhbəridir. 1993-cü il siyasi xaosdan dövlət strukturuna dönüş kimi tarixə düşdü. 1993-cü ilin yayında baş verən Gəncə hadisələri, separatçılıq təhlükəsi və iqtisadi böhran ölkəni parçalanma həddinə çatdırmışdı. Heydər Əliyevin hakimiyyətə dönüşü – sadəcə lider dəyişikliyi deyil, dövlətçilik strategiyasının yenidən qurulması idi. Konstitusiyanın qəbulu, hüquqi sistemin qurulması, idarəetmə sisteminin mərkəzləşdirilməsi dövlətin dirçəlişi üçün zəruri idi və bu addımlar qısa müddətdə icra olundu. Ulu öndərin neft strategiyası isə iqtisadi təhlükəsizlik və diplomatik balans idi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycana həm iqtisadi sərmayə, həm də geosiyasi çəkidə üstünlük qazandırdı. Neft yalnız enerji mənbəyi deyil, həm də siyasi təsir vasitəsinə çevrildi. Bu, Azərbaycanın müstəqil siyasət yeridə bilməsi üçün iqtisadi baza oldu. Ulu öndərin dediyi kimi; “Biz neftə sahib olmaqla yox, onunla gələcəyə sahib çıxmaq istəyirik.” Ordu quruculuğunda da çox qətiyyətli addımlar atıldı, islahatlar gerçəkləşdirildi. Silahlı Qüvvələrin sistemsizliyi Azərbaycanın müdafiəsini zəif salmışdı. Ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayıraraq, hərbi təhsil, texnika və beynəlxalq hərbi əməkdaşlıqları əsas strateji xətt kimi irəli sürdü. Heydər Əliyev siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məktəb dövlətin strateji sabitliyi, daxili sosial inteqrasiya və xarici balanslı siyasətlə özünü doğruldur.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri