Icma.az
close
up
RU
Xaltanlı Tağının yaradıcılığında zəncirləmə

Xaltanlı Tağının yaradıcılığında zəncirləmə

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi

Azərbaycan aşıq ədəbiyyatı gəraylı, qoşma, ustadnamə, şıkayətnamə, həcv, hərbə-zorba, bağlama, müstəzad, dildönməz, dodaqdəyməz, təcnis, divani və bu kimi xeyli janrları ilə ədəbiyyatımıza bir zənginlik gətirmişdir. Ustad aşıqlarımızın yaradıcılığında bu janrların gözəl nümunələri ilə rastlaşırıq. Bu şeir növləri arasında az rast gəlinən şeir formalarından biri də zəncirləmədir.
Zəncirləmə özünəməxsus xüsusiyyətləri olan şeir formasıdır. Bu növ sənətkardan yüksək peşəkarlıq, istedad, bilik tələb edir. Zəncirləmə müstəqil bir növ kimi çıxış etməklə yanaşı, qoşma və müxəmməs, bəzən müsəddəs janrında da yazıla bilir. Bu formada yazılan şeirdə hər bəndin son sözü, yaxud birləşmə növbəti bəndin başlanğıcı olur.
Zəncirləmə aşığın söz ehtiyatını və improvizasiya qabliyyətini üzə çıxarır. Ölçü baxımından 8, 11 və ya 15 hecalı ola bilir. Bu formadan az aşıq istifadə etmişdir. Böyük sənətkar Xaltanlı Tağının yaradıcılığında da zəncirləmə şeir formasına rast gəlinir. Maraqlıdır ki, onun şeirlərindəki zəncirləmələr də bir-birindən fərqli formadadır.
Aşığın qoşma-müstəzad janrında yazılmış bir şeirində zəncirləmə forması vardır. "İranda mərasim” adlı bu şeirində aşıq Tehranda keçirilən dini mərasimi təsvir edir:

Xorasanın gülü haqqın heydəri,
Sevərdi Düldülü, Quli-Qənbəri,
Vuruban yıxdılar babi-Xeybəri,
Düşdülər ayağa, çəkdilər aman,
Rəvan oldu qan.

Qan doldu meydana, bulunmadı yol,
Gəldilər imana, din etdi məqbul.
Tağı deyər, məhşər günü, ya Rəsul,
Eyləginən dərman, qoyma peşiman,
Azad olsun can.

Qoşmanın qafiyələnmə qaydasına əsasən, demək olar ki, şeirin əvvəlki bəndləri unudulmuş, sön üç bənddə Xorasan, qan kimi sözlərlə zəncirləmə yaranmışdır.
Aşığın digər bir şeirində də beləcə bağlanma vardır. “Vilayətlərin tərifi” adlı bu şeirdə Xaltanlı Tağı Həştərxandan başlayaraq bir çox vilayətləri məşhurluğunu bildirən cəhətləri ilə dinləyiciyə çatdırır. Əldə olunmuş bu şeir beş bənddir. Amma birinci bənddən sonra zəncirləmənin pozulması və möhürbəndin olmaması şeirin natamam olduğunu bildirir. Şeir təkcə sənətkarlığı baxımından deyil, yazıldığı dövrdə vilayətləri məşhur edən, tanıdan sərvətini, adət-ənənəsini də əks etdirir.

Neçə vilayətlərin mədhi dilimdə,
Əvvəli Həştərxan məşhuri-cahan.
Cahanda məşhurdur Şuşanın mülkü,
Yük tutur bəzirgan, işləyir karvan.

Şeirin ilk beyti ”məşhuri-cahan” ifadəsi ilə bitir və sonraki beyt bu sözlərlə başlayir.Birinci bənd “işləyir karvan” sözlərilə bitir, iknci bənd həmin sözlərlə başlayir. Ustad Tağı şeirdə yalnız belə bağlantı ilə kifayətlənməmiş, Həştərxan, məşhuri-cahan, bəzirgan, karvan sözləri ilə daxili qafiyə də yaratmışdır. Şeirdə Dağıstan, Tabasaran və həmin ərazidəki kəndlərin adlarını sadalayır. Dərbənd, Qudyal, Bakı, Şirvan, Şəki, Salyan, Gəncə və Qarabağın adlarını çəkib mədh edir.
Aşığın bitkin şeirlərindən birində, “Arasında” rədifli şeirində zəncirləmənin fərqli bir formasına rast gəlirik. Bu şeirdə zəncirləmə hər bəndin son sözü ilə deyil, hər bəndin son misrasının başlanğıc sözü ilə bağlanır. Məsələm, üçüncü bənd “Sən də bir sonasan, qaz arasında” sözləri ilə bitir.Dördüncü bənd belə başlayır:

Sən də bir sonasan, göldə üzərsən,
Yana çıxıb qollarını süzərsən.
Tovuz kimi iki yanlı gəzərsən,
Öldürdün sən məni naz arasında.

Öldürdün sən məni xalları fil-fil,
Zülfləri yasəmən, saçları sünbül.
Sənin tək bir gül, mənim tək bülbül,
Yoxdur gülüstanda yaz arasında.

Altıncı bənd “Yoxdur gülüstanda”... sözləri ilə başlayır, yeddi bəndlik şeir bu qayda ilə tamamlanır.
Xaltanlı Tağının zəncirləmə formasına həm fərqli, həm də gözəl bir nümunə də “Səyahət” adlandıdığımız şeiridir. Bu qoşma-zəncirləmə süjetli lirikanın kamil bir nümunəsidir.

Ay ağalar, qoyun bir sirr söyləyim,
Xarab oldu Şabran, qaldım nigaran,
Nigaranam daim hicran əlindən,
Dərddən oldum büryan, bürüyüb leysan.

Şeirdən anlaşılır ki, aşıq dövranın ona verdiyi dərd əlindən evdən çıxır. Xaltandan Şabran istiqamətinə gələn aşıq burada təbiətin şıltaqlığı ilə rastlaşır. Yaz yağışı selə dönür, lakin dərddən alışan qəlbini bu sel-su da söndürə bilmir.

Leysan bürüyübdür hər biyabanı,
Dağı, düzü, çölü, bütün cahanı.
Aradım obanı, hər kəndistanı,
Tapmadım bir loğman, həlak oldu can.

Aşıq İsnov, Bərqov, Zərqava, Çiçi, Səbətlər, Rustov kəndlərini dolaşır, hər yerdə hörmətlə qarşılanir, lakin bu kəndlərdə dərdinə əlac edəcək bir loğman tapa bilmir.

Həlak oldu canım bulunmaz dəva,
Yolum düşdü Rustov, İsnov, Bərqova,
Təngə, Səbətlərə, Çiçi, Zərqava,
Oldum xeyli mehman, şadı-xuraman.

Səyahətini başa vurub Xaltana üz tutan aşığın Təngə dərəsində sel suları yükünü də aparır. O, bütün başına gələnləri fələyin fərmanı kimi qəbul etsə də onunla barışa bilmir:

Xuraman kəslərdən gördüm dost sayı,
Bir “xoş gəldin” olar qəribin payı.
Yükümü apardı Təngənin çayi,
Əziyyət çəkdi can, fələkdən fərman.

Fələkdən fərmanla canım yağıdı,
Sınəmdəki olan ruzgar dağıdı.
Əslim dağıstanlı, adım Tağıdı,
Məskənimdi Şirvan, vətənim Xaltan.

Diqqət etsək, bu şeirdə də daxili qafiyə vardır. Şabran, nigaran, büryan, leysan, loğman, can, mehman, xuraman, can, fərman, Şirvan, Xaltan sözləri ilə şeir sanki bağlanmış, hər bəndin sonu bitən sözlərlə sonrakı bənd başlamış, zəncirləmə yaranmışdır.
Şeirin son beytində “Əslim dağıstanlı” deyən aşıq başqa bir şeirində də “Sükunətim Xaltan, yerim dağıstan” deyir. Unutmayaq ki, Tağının yaşadığı illərdə rayon bölgüsü olmadığından Xaltandan Dərbəndədək dağlıq ərazi dağıstan, dənizkənarı hissə isə aran adlandırılmışdır. Son araşdırmaların nəticəsi olaraq Tağının babası Mövlamqulunun Dərbənddə, atası İsmayılın Tahircalda, özünün isə Xaltanda anadan olduğunu söyləsək, dağıstana olan yaxinliğı, doğmalığı aydın olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyun 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri