Icma.az
close
up
RU
“Xaltanlı Tağı” haqqında yeni söz

“Xaltanlı Tağı” haqqında yeni söz

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağacamal Kamiloğlu

Xalqımız çoxsahəli qədim və zəngin mədəniyyətə malikdir. Bu mədəniyyət sahələrindən biri də müxtəlif qollara malik aşıq sənətidir. Xalq arasında xüsusilə dərin köklərə malik olan bu sənət həm şair, həm müşayətçi, həm ifaçı, həm rəqqas olan el arasından çıxmış sənətkarların sayəsində uzun yol keçərək bugünümüzə qədər gəlib çatmış və indi də toy məclislərimizə digər musiqiçilərlə yanaşı onlar da öz ifaları ilə rövnəq verirlər.

Aşıq sənəti bölgələrimiz arasında heç də bərabər yayılmamışdır. Bu sənəti ən çox qoruyub inkişaf etdirən bölgələrimizdən biri də Şirvandır bölgəsidir. XIX əsr klassik Şirvan aşıq məktəbinin yaradıcılarından biri də Aşıq Tağıdır. O, xalq arasında daha çox yaşamış olduğu mahalın adı ilə - Xaltanlı Tağı kimi tanınmışdır. Xaltanlı Tağı yaradıcılığı az tədqiq olunmuş aşıqlarımizdandır. Aşığın “Molla Nur” və “Tağı və Güllü” adlı iki dastanı və bəzi kitablarda şeirlərindən nümunələr çap olunmuşdur. Bununla belə Tağının şeirləri bu gün də müasir aşıqlarımızın rapertuarında yaşayır, Aşıq Haşım, Aşıq Ağamurad, Aşıq Əli və digərlərinin ifasını bəzəyir.

Qubalı müəllim Tahir Həsənlinin “Xaltanlı Tağı” monoqrafiyası bu boşluğu doldurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Müəllif əsəri ərsəyə gətirmək üçün müxtəlif mənbələri araşdırmış, aşığın nəslinin nümayəndələri ilə, yaşadığı mahalın insanları ilə görüşərək onun haqqında qiymətli materiallar toplaya bilmişdir. O, topladığı materiallar əsasında aşığın həyat və yaradıcılığı haqqında kitabda geniş məlumat verir. T.Həsənli aşığın şeirlərini məzmununa uyğun olaraq qruplaşdıraraq onlar haqqında söz açır və onun yaradıcılığının bədii xüsusiyyətlərini təhlil edir, bədii təsvir vasitələrindən, ədəbi priyomlardan necə məharətlə istifadə etdiyini göstərir. Müəllif yazır: ... Şirvan aşıq şeirinin qüdrətli sənətkarı Xaltanlı Tağı bədii təsvir vasitələrindən yaradıcı şəkildə, ustalıqla istifadə etmişdir. Aşığın istər təbiət, istər məhəbbət, eləcə də didaktik-fəlsəfi şeirlərində özünəməxsus ifadə tərzi və məcazın növləri ilə qarşılaşırsan.

Dediyimiz kimi Xaltanlı Tağının yaradıcılığı az tədqiq olunub. Onun dastan və şeirləri vaxtında tam toplanmadığından xeyli hissəsi itib-batmış, bir hissəsi isə xalqın yaddaşında qalaraq tədricən müəyyən təhriflərə məruz qalmışdır. T.Həsənlinin bu kitabının qiymətli cəhətlərindən biri də odur ki, o, Xaltanlı Tağının müxtəlif mənbələrdən topladığı, bəziləri ilk dəfə çap olunan 40 şeirini də oxuculara təqdim etmişdir. Bu şeirlərdən təkcə aşıqlar, ədəbiyyatçılar, sıravi oxucular deyil, əminəm ki, bəstəkarlar da bəhrələnə, onları gözəl mahıların bədii mətninə çevirə bilərlər.

Aşıq Tağının yaradıcılığından bir nümunəni oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik.

Bulaq

Gəlib həsrət ilə aradım səni,
Yurdumu gətirdin xəyala, bulaq,
Nə kuzəsi vardı, nə yarın özü,
Qopardın sinəmdən min nalə, bulaq!

Obası köçmüşdü, eli köçmüşdü,
Yarpızı saralıb, gülü köçmüşdü.
Ot basıb bağlanıb yolu, köçmüşdü
Bəlkə də gəlmişdi zavala bulaq.

Xətmilə şairlər dastan eyləyər,
Küləklər üstündə cövlan eyləyər,
Qar örtər, sovrular, duman eyləyər,
Yumar gözün, baxmaz bu yana bulaq.

Xaltanlı Tağı da axtarar, gəzər,
Tapmasa yurduna eyləyər həzər.
Yarımın əlindən düşənə bənzər,
Qalıb Xaladarda piyala, bulaq.

Sonda onu da qeyd edək ki, T.Nəsənli açılmamış arxivlərə, sinədəftər ağsaqqalların, ağbirçəklərin yaddaşına bir daha müraciət edərək yola saldığımız ilin sonlarında Aşıq Tağı haqqında daha bir kitabını - “Haqdan yanan çıraq” monoqrafiyasını da oxuculara təqdim etmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri