“Xameneinin istefası müharibəni ertələyə bilər” SİYASİ ŞƏRHÇİ
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
“İrana qarşı hərbi əməliyyatlar masadadır” .
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:
“ABŞ kifayət qədər hərbi qüvvəni İran ətrafına yerləşdirib. aviyaşıyıcı gəmilər, qırıcı-bombardman təyyarələri, ballistik raket sistemləri və hava müdafiə sistemləri həm İranın ətrafına, həm də qonşu ölkələrə göndərilib.
Bu, ABŞ-ın İran rejimini dəyişdirmək niyyətində olduğunu göstərir və danışıqların davam etdiyini ehtimal etdirir.
ABŞ-ın şərtləri arasında nüvə zənginləşmiş uranın təhvil verilməsi, nüvə proqramından əl çəkilməsi, ballistik raket sistemlərinə və proksi qüvvələrin dəstəklənməsinə məhdudiyyətlərin tətbiqi yer alır”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, İran bu tələblərə əməl etsə, müharibə baş verməyəcək.
“Eyni zamanda Xameneinin istefası da müharibəni ertələyə bilər. Ancaq İran öz prinsipial mövqeyindən əl çəkməzsə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara əl atması mümkündür”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 28 Yanvar 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















