Icma.az
close
up
RU
İranda vətəndaş müharibəsi ola bilər Siyasi şərhçi

İranda vətəndaş müharibəsi ola bilər Siyasi şərhçi

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

İranda uzun illər davam edən ictimai və ideoloji mübarizədən sonra hicab qanunu rəsmi olaraq ləğv edilib. İran mediasının məlumatına görə, bu barədə Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər açıqlama verib. Onun sözlərinə görə, “hüquqi baxımdan hicab qanununun icrası artıq mümkün deyil”.

Bu qərar, 2022-ci ildə Mahsa Amini hadisəsindən sonra ölkədə yaranan genişmiqyaslı etirazlardan və “Qadın, Həyat, Azadlıq” şüarı altında aparılan mübarizədən sonra atılan ən mühüm siyasi addım kimi dəyərləndirilir.

Hazırkı qərar təkcə qadın hüquqları kontekstində deyil, həm də İranın siyasi sistemi, dindar elita ilə cəmiyyət arasındakı münasibətlər və ölkənin beynəlxalq imici baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Hicab qanununun ləğvi İranın daxili siyasi sistemində hansı dəyişikliklərin xəbərçisidir?

Mühafizəkar dairələrin bu qərara reaksiyası necə ola bilər? Yeni gərginliklər gözlənilirmi?

Bu qərar İranda hökm sürən güclü dindar-mühafizəkar təbəqə ilə dövlət arasında tarazlığı necə dəyişə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən AĞ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ümumiyyətlə İranda hicab haqqında qanunun tamamilə ləğvi mümkün deyil.

C. Abbaslının sözlərinə görə, İran ənənvi olaraq din üzərində qurulmuş bir dövlətdir. Ona görə də İranda hicabın sərt formada ləğvi mümkünsüz görünür. Ən azından, dindar, mühafizəkar kütlə ilə hakimiyyəti üz-üzə qoya bilər. Bu da daxildə ciddi qarşıdurmalara hətta vətəndaş müharisinə kimi gətirib çıxara bilər.

Siyasətçi qeyd edib ki, İranda hazırki molla rejiminin belə bir qərar qəbul etməsi mümkünsüz görünür. Eyni zamanda məsul Pezeşkianın hakimiyyətə gəlişindən sonra İran daxilində müəyyən yumşalmalar baş verməkdədir. Müəyyən qədər islahatlar həyata keçirir. Hicab haqqında bu qanun da onun tərkib hissəsindən biri kimi qəbul edilməlidir.
Amma istənilən halda, bu qərarın verilməsi müsbət amillərdən biridir. İranda bunun məcburiyyət xarakteri daşımadığı yönündə qərarın biz hələ də şahidi deyilik. Ümumiyyətlə rəsmi qərar verilməyib. Ona görə də birmənalı fikir söyləmək doğru deyil. Mahsa Amini haqqında olaydan sonra 2022-ci ildəki məlum olaydan sonra kürd əsilli xanımın Tehrana gəlməsi və onun baş örtüyünün eyni İrandakı qaydalara uyğun gəlməməsi səbəbindən patrul xidməti onu saxlamış və bir neçə gündən sonra ölü vəziyyətdə tapılması İranda hicaba qarşı etirazlara səbəb oldu. Bu günə qədər də həmin etirazlar süzülə-süzülə gəlib çıxdı. Nəticəsi artıq görülməkdədir. Amma onun nətisi İranda hicabın tamamilə ləğv edilməsinə gətirib çıxarmayacaq. Bu birmənalı şəkildə belədir. Yaxın gələcək üçün də bunun baş verəcəyi o qədər də inandırıcı görünmür. Sadəcə hakimiyyətə bir mesajdır.

“Burada başqa bir səbəb də var. Belə bir qanun qəbul edilərsə, ölkənin ən üst səviyyədə olan, istər icraedici, istərsə də qanunverici qurumlar tərəfindən təsdiq olunmalıdır. Bunun isə parlamentdən keçəcəyi inandırıcı görünmür. Eləcə də rəhbərlikdə olan icraedici orqanların razılıq verməyi inandırıcı görünmür. Qanunun qəbuluna təşəbbüs göstərənlər ola bilər. Amma qanunun təstiqinə nail olmaqları sual altındadır.

Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri