Icma.az
close
up
RU
Xameneinin ölüm xəbəri sürətlə yayılır Nə baş verir?

Xameneinin ölüm xəbəri sürətlə yayılır Nə baş verir?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Sosial mediada İranın dini lideri Əli Xamaneinin öldüyü haqda məlumatlar sürətlə yayılsa da, nə rəsmi şəkildə təsdiqlənib, nə də hansısa etibarlı mənbəyə istinad var. Ölüm xəbərinin ortaya çıxmasına səbəb Xameneinin iqamətgahının ətrafına təcili tibbi yardım maşınlarının toplanması, məhəllənin tamamilə boşaldılması, çevrədəki iaşə obyektləri və məktəblərin bağlanmasıdır. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bunun fonunda Xameneinin ölümü haqda ehtimalları gücləndirən amillər də var:

“- 87 yaşlı dini lider özündən sonrakı dövrə hazırlıqla bağlı göstərişlər verib;

“Nyu-York Tayms” iddia edir ki, Xamenei ölkəni müharibədən qorumaq və etirazları yatırmaq vəzifəsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırıb. Nəşrin bu iddialarından bir neçə gün sonra Xameneinin ölüm xəbərinin yayılması diqqətçəkəndir.

- Ağır xəstəlik keçirən Xameneinin səhhətinin yaxşı olmamasıdır;

İranın dini liderinin səhhəti ilə bağlı məlumatlar sirr kimi saxlanılsa da, zaman-zaman müəyyən informasiyalar sızır. Xameneinin ürək damarlarının daralması, öd kisəsi və prostat problemlərinin olduğu deyilir.

Hərçənd, ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşması fonunda Xameneinin “ölüm xəbəri”nin iki mümkün hədəfi də ola bilər.

Birincisi, ABŞ-ın hücumunun qarşısını almaq, ən azı ləngitmək;

Vaşinqton hərbi qüvvələrini İran ətrafına toplasa da, həm ABŞ daxilində konsensusun olmaması, həm region ölkələrinin qarşı çıxmasına görə hücum etməyə tələsmir. Tramp Administrasiyasının əsas tələblərindən biri İranda mövcud rejimin dəyişməsi, yeni liderin önə çıxmasıdır. Xamenei postundan gedərsə (ya könüllü şəkildə, ya öldüyü təqdirdə), ABŞ-ın rejimin yenilənməsi prosesini izləyəcəyi və hücumu ən azı müəyyən müddətə təxirə salacağı istisna deyil. Bu baxımdan, Xameneinin “ölüm xəbəri” İran rejiminin zaman qazanmaq gedişi kimi də görünür.

İkincisi, dini liderin özündən sonra nələr olacağını “açıq gözlə” görmək istəyidir;

Dini lider öldükdən sonra İranda nələrin baş verəcəyini, xüsusilə rejim daxili münasibətlərin necə olacağını yoxlamaq, post-Xamenei dövrü ilə bağlı göstərişlərini buna uyğun hazırlamaq niyyətində ola bilər”.

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri