Icma.az
close
up
RU
Xameneinin ölüm xəbəri : İranın məqsədi nədir?

Xameneinin ölüm xəbəri : İranın məqsədi nədir?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial mediada İranın dini lideri Əli Xamaneinin öldüyü haqda məlumatlar sürətlə yayılsa da, nə rəsmi şəkildə təsdiqlənib, nə də hansısa etibarlı mənbəyə istinad var. Ölüm xəbərinin ortaya çıxmasına səbəb Xameneinin iqamətgahının ətrafına təcili tibbi yardım maşınlarının toplanması, məhəllənin tamamilə boşaldılması, çevrədəki iaşə obyektləri və məktəblərin bağlanmasıdır. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.

Bunun fonunda Xameneinin ölümü haqda ehtimalları gücləndirən amillər də var.

- 87 yaşlı dini lider özündən sonrakı dövrə hazırlıqla bağlı göstərişlər verib;

“Nyu-York Tayms” iddia edir ki, Xamenei ölkəni müharibədən qorumaq və etirazları yatırmaq vəzifəsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırıb. Nəşrin bu iddialarından bir neçə gün sonra Xameneinin ölüm xəbərinin yayılması diqqətçəkəndir.

- Ağır xəstəlik keçirən Xameneinin səhhətinin yaxşı olmamasıdır;

İranın dini liderinin səhhəti ilə bağlı məlumatlar sirr kimi saxlanılsa da, zaman-zaman müəyyən informasiyalar sızır. Xameneinin ürək damarlarının daralması, öd kisəsi və prostat problemlərinin olduğu deyilir.

Hərçənd, ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşması fonunda Xameneinin “ölüm xəbəri”nin iki mümkün hədəfi də ola bilər.

Birincisi, ABŞ-ın hücumunun qarşısını almaq, ən azı ləngitmək;

Vaşinqton hərbi qüvvələrini İran ətrafına toplasa da, həm ABŞ daxilində konsensusun olmaması, həm region ölkələrinin qarşı çıxmasına görə hücum etməyə tələsmir. Tramp Administrasiyasının əsas tələblərindən biri İranda mövcud rejimin dəyişməsi, yeni liderin önə çıxmasıdır. Xamenei postundan gedərsə (ya könüllü şəkildə, ya öldüyü təqdirdə), ABŞ-ın rejimin yenilənməsi prosesini izləyəcəyi və hücumu ən azı müəyyən müddətə təxirə salacağı istisna deyil. Bu baxımdan, Xameneinin “ölüm xəbəri” İran rejiminin zaman qazanmaq gedişi kimi də görünür.

İkincisi, dini liderin özündən sonra nələr olacağını “açıq gözlə” görmək istəyidir;

Dini lider öldükdən sonra İranda nələrin baş verəcəyini, xüsusilə rejim daxili münasibətlərin necə olacağını yoxlamaq, post-Xamenei dövrü ilə bağlı göstərişlərini buna uyğun hazırlamaq niyyətində ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Fevral 2026 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri