“Xameneinin Yanukoviclə və Bəşər Əsədlə eyni taleyi paylaşması gözləniləndir” ŞƏRH
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İranı idarə edən Xamenei rejimi artıq əhalini əvvəlki kimi rahatlıqla idarə edə bilmir. Din faktoru da molla rejiminin köməyinə çatmır. İqtisadi problemlərlə bərabər İran əhalisinə tətbiq edilən sanksiyalar, genişmiqyaslı iqtisadi çətinliklər İran vətəndaşlarının həyatını ağırlaşdırıb”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:
“Demək olar ki, hər il biz İran ərazisində molla rejiminə qarşı aksiyaları izləyirik, amma bu dəfə vəziyyət tamamilə fərqlidir. Çünki Venesuelada prezidentini yuxuda yoldaşı ilə bir yerdə Amerikaya gətirən Tramp Molla rejiminə də xəbərdarlıq edib: əgər yerli əhaliyə divan tutularsa, zor tətbiq edilərsə, ABŞ qoşunları İrana müdaxilə edəcək. Bu plan artıq mövcuddur və Trampın bəyanatlarını kimsə gözardı edə bilməz.
Kolumbiya, İran, Kuba və digər diktatura rejimləri Trampın sözlərini ciddi qəbul etməlidirlər”.
Ədalət Verdiyev qeyd edib ki, Xameneinin Rusiyaya getməsi isə təbii bir addımdır və onun şəxsi mal-mülklərini qorumaq məqsədilə atdığı ehtimal olunur:
“Bu baxımdan, Xameneinin Yanukoviclə və Bəşər Əsədlə eyni taleyi paylaşması gözləniləndir.
Aksiyalar davam edəcək, amma İranda hələ ki, bu prosesləri idarə edəcək ağıllı və savadlı bir lider görünmür. Yəni, molla rejimini silib-süpürmək üçün bu gün real bir lider yoxdur.
Əgər aksiyaçılara qarşı zorakılıq və ölüm halları baş verərsə, ABŞ proseslərə müdaxilə edə bilər. İsrail də vəziyyəti yaxından izləyir və İran xalqına dəstəyini bildirir.
Bu baxımdan, biz İran xalqına azadlıq mübarizəsində uğurlar arzu edə bilərik”.
Onu da qeyd edək ki, İranda etirazlar çərçivəsində ali dini rəhbər Ayətullah Əli Xameneinin portretləri yandırılıb.
“The Times” yazır ki, kəşfiyyat məlumatlarına görə, əgər güc strukturları xalqın tərəfinə keçsə, Xamenei yaxın ətrafı ilə birlikdə Moskvaya qaça bilər.
Şəbnəm Rəhimova
Baxış sayı:61
Bu xəbər 05 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















