Xameneinin müşaviri Bəşər Əsədlə görüşüb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri və Məqsəd Şurasının üzvü Əli Laricani Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Yaqub Rzazadə bildirib.
Əli Laricani dünən Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.
Y.Rzazadə Bəşər Əsədin ailəsinin Suriyanı tərk etməsi ilə bağlı xəbərləri də təkzib edib: “Əsədin və ailəsinin Suriyanı tərk etməsi xəbəri doğru deyil".
Qeyd edək ki, “Wall Street Journal” Bəşər Əsədin uşaqları və həyat yoldaşının keçən həftə Rusiyaya getdiyini onun özünün isə Suriyada qaldığını bildirib.

Xameneinin müşaviri Bəşər Əsədlə görüşüb
07 Dekabr 2024 17:14
Xameneinin müşaviri Dəməşqdə Bəşər Əsədlə görüşüb
07 Dekabr 2024 16:15
Xameneinin müşaviri Bəşər Əsədlə görüşdü
07 Dekabr 2024 15:49
Xameneinin müşaviri Əli Laricani Dəməşqdə Bəşər Əsədlə görüşüb
07 Dekabr 2024 15:46

