Icma.az
close
up
RU
“Xameneyi Pezeşkian münasibəti Stalinlə Molotovun münasibətini xatırladır...”

“Xameneyi Pezeşkian münasibəti Stalinlə Molotovun münasibətini xatırladır...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"O kitabda deyilir ki, İranla olan bütün əlaqələri bərpa etməsə, ABŞ dağıla bilər...”

“Türkiyə ABŞ-nin Yaxın Şərqdə strateji müttəfiqidir. İran-Türkiyə gərginliyi də bununla bağlı ola bilər.  Bu gərginliyin səbəbkarı isə  elə ABŞ-dir...”

“Donald Trampın hakimiyyətə gəlməsi İran-ABŞ  münasibətlərini də tədricən qaydasına salmalıdır. Nəzərə alsaq ki, ABŞ-də hakimiyyətə proteksionistlər gəliblər və onların ideoloji bazası Bzejinski ideologiyasıdır. O halda indiki Amerika rəhbərliyi onun “Böyük şahmat lövhəsi”  kitabındakı  tövsiyələrinə əməl edəcək. Həmin kitabda deyilir ki, İranla olan bütün əlaqələri bərpa etməsə, ABŞ dağıla bilər”.

Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ prezidenti D.Trampın İranla bağlı siyasəti və son günlər İran rəhbərliyində baş verənlərdən bəhs edən siyasi analitik Tahir Cəfərli dilə gətirib.  

“Hazırkı İran prezidenti Məsud Pezeşkian yüksək elmi və siyasi savada malik olduğundan Bzejinskinin kitabından xəbərdardır. Trampı isə əvvəlki Amerika prezidentlərindən fərqləndirən onun biristiqamətliliyidir. Bu o deməkdir ki, o, öz rəqibinə istədiyini açıq şəkildə deyir. Tramp seçki ərəfəsində İranla ciddi danışıqlar aparacağını demişdi. Nəzərə alaq ki, onun Yaxın Şərqdə və dünyanın bütün bölgələrində sülhü təmin edəcəyini və belə olduğu halda sanksiyaları götürəcəyini deməsi, onu tanıyan siyasətçilər üçün danışıqlar müstəvisi yaradır. İran prezidenti Pezeşkian bunu görür və əlbəttə ki, bu istiqamətdə hazırlıqlar aparır. Bir sözlə, hesab edirəm ki, Trampın son gedişləri ABŞ-İran münasibətlərinin tezliklə qaydaya düşəcəyinə inam yaradır”, -deyə davamında analitik diqqətə çatdırb. 

“Guya Pezeşkianın istefa ərizəsi yazması haqda İsrail mediasında yayılan məlumatlara isə inanmaq olmaz.  Çünki İranın xarici siyasətini İranın ali dini lideri muəyyən edir və onun icazəsi olmadan Pezeşkian heç nə edə bilməz. Xameneyi-Pezeşkian münasibəti Stalin-Molotov münasibətini xatırladır. Stalin tapşırıq verirdi Molotov isə icra edirdi”, -deyə Tahir Cəfərli vurğulayıb.

Həmsöhbətimiz İranla Türkiyə arasında baş qaldıran gərginliyə də toxunub:

“Türkiyə ABŞ-nin Yaxın Şərqdə strateji müttəfiqidir. İran-Türkiyə gərginliyi də bununla bağlı ola bilər.  Bu gərginliyin səbəbkarı isə  elə ABŞ-dir. Məqsəd İranı danışıqlar masası arxasına gətirməkdir. Belə də olacaq...”

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Mart 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri