Pezeşkian İrəvana xəbərdarlıq etdi Xameneyi isə Zəngəzurla bağlı...
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zəngəzur dəhlizinin açılması İranın maraqlarına cavab vermir.
Teleqraf.com xəbər verir ki, bunu iranlı analitik Xəyal Müəzzin Ermənistan mətbuatına deyib.
Onun sözlərinə görə, İran lap əvvəldən bu dəhlizin açılmasına qarşı çıxıb.
Müəzzin bu kontekstdə İranın dini lideri Əli Xameneyinin Ermənistanı dəstəkləyən bəyanatlarını xatırladıb: “İranın ali lideri (Xameneyi) dəfələrlə Ermənistan-İran sərhədlərinin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bunu “minillik marşrut” (?) adlandırıb”.
Zəngəzur dəhlizinin reallaşmasının regionda gərginliyin artmasına səbəb olub-olmayacağı ilə bağlı suala iranlı analitik belə cavab verib: “İnanmıram ki, bu layihənin həyata keçirilməsi müharibəyə səbəb olsun. Çox güman ki, bu məsələ danışıqlar masası arxasında həllini tapacaq”.
Müəzzin Tehranın Ermənistanın Qərblə yaxınlaşmasını dəstəkləmədiyini iddia edib:
“İran Ermənistanın ABŞ və Qərblə yaxınlaşmasını dəstəkləmir. Qərbin əsas məqsədi öz dağıdıcı planlarını həyata keçirmək üçün Qafqaz regionunda mövcudluğunu gücləndirməkdir. Məsud Pezeşkianın Moskvaya səfəri İran rəhbərliyinin mühüm mesajı ilə müşayiət olundu: region xarici oyunçular tərəfindən deyil, bölgə ölkələri tərəfindən idarə olunmalıdır. Ermənistan Qərblə onun suverenliyinə xələl gətirə biləcək yaxınlaşma təhlükəsini dərk etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















