Icma.az
close
up
RU
Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.

Publika.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.

O, ixtisasca hüquqşünas olan qızının 3 ildir leytenant rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir: “Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara leytenant hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfəri geri qayıtdıqdan sonra onlara leytenant rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir”.

Elmira Rəsulova bildirib ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və oktyabrın 31-də məhkəmə prosesi başa çatıb: “31 oktyabrda hakim Emin Abdullayevin sədrliyi ilə qızımın Müdafiə Nazirliyinin götürdüyü öhdəliyə əsasən, Pakistanın Hərbi Akademiyasına göndərməsi və qayıtdıqdan sonra leytenant hərbi rütbəsinin verilməsinin qanunsuz olaraq uzadılması və verilməməsi barədə qaldırdığı iddiaya baxıldı. Məhkəmə prosesində hakim mənim nümayəndə kimi çıxışıma mane oldu. Proses zamanı iki dəfə hər biri 15-20 dəqiqə olmaqla fasilə elan etdi. İşə baxılan müddətdə Müdafiə Nazirliyi rəsmi olaraq iddiamıza etiraz vermədi. Qızımın rütbə alması üçün lazım olan bütün sənəd və sübutları məhkəməyə təqdim edərək ona rütbə verilməsinə şərait yaratdı. Həmçinin nazirliyin nümayəndəsi heç bir prosesə gəlmədi. Nazirliyin və bizim təqdim etdiyimiz bütün sənəd və sübutlar qızımın iddiasının təmin olunmasına şərait yaratsa da, bizim iddiamız təmin edilmədi”.

Şikayətçi əlavə edib ki, qızı və digər hərbçilər Pakistana 6 aylıq ezam olunarkən Müdafiə Nazirliyi onlara ezamiyyət haqqı da ödəməyib: “Biz xərcləri özümüz qarşılamalı olduq və nazirliyin ezamiyyət pullarını ödəməməsi ilə bağlı da mülki qaydada məhkəmədə iddia qaldırmışıq. Bununla yanaşı, 2-ci Qarabağ müharibəsinin iştirakçısı kimi qızıma veteranlıq verilmişdi, bir il ərzində aylıq 80 manat müavinət aldı. Sonra vəsiqə və medalların verilməsinə başlandı. Lakin qızıma heç bir medal və veteranlıq vəsiqəsi verilmədi, hətta heç bir əsas və əmr olmadan veteranlıq müavinəti də dayandırıldı. Hazırda veteranlıq statusu rəsmi olaraq qüvvədədir. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində ayrıca iddia qaldırmışıq”.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən saytımıza bildirildi ki, hazırda Ş.R-in məsələsi məhkəmədə müzakirə edilir.

Bakı İnzibati Məhkəməsindən isə sorğumuza cavab olaraq deyildi ki, tərəf qərardan narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://publika.az
archiveBu xəbər 26 Noyabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri