Icma.az
close
up
RU
Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.

"Qafqazinfo"ya müraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.

O, ixtisasca hüquqşünas olan qızının 3 ildir "leytenant" rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir:

"Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara "leytenant" hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfər geri qayıtdıqdan sonra onlara "leytenant" rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq, ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir".

Elmira Rəsulova bildirib ki, məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ediblər və oktyabrın 31-də məhkəmə prosesi başa çatıb:

"31 oktyabrda hakim Emin Abdullayevin sədrliyi ilə qızımın Müdafiə Nazirliyinin götürdüyü öhdəliyə əsasən, Pakistanın Hərbi Akademiyasına göndərməsi və qayıtdıqdan sonra "leytenant" hərbi rütbəsinin verilməsinin qanunsuz olaraq uzadılması və verilməməsi barədə qaldırdığı iddiaya baxıldı. Məhkəmə prosesində hakim mənim nümayəndə kimi çıxışıma mane oldu. Proses zamanı iki dəfə hər biri 15-20 dəqiqə olmaqla fasilə elan etdi. İşə baxılan müddətdə Müdafiə Nazirliyi rəsmi olaraq iddiamıza etiraz vermədi. Qızımın rütbə alması üçün lazım olan bütün sənəd və sübutları məhkəməyə təqdim edərək ona rütbə verilməsinə şərait yaratdı. Həmçinin nazirliyin nümayəndəsi heç bir prosesə gəlmədi. Nazirliyin və bizim təqdim etdiyimiz bütün sənəd və sübutlar qızımın iddiasının təmin olunmasına şərait yaratsa da, bizim iddiamız təmin edilmədi".

Şikayətçi əlavə edib ki, qızı və digər hərbçilər Pakistana 6 aylıq ezam olunarkən Müdafiə Nazirliyi onlara ezamiyyət haqqı da ödəməyib:

"Biz xərcləri özümüz qarşılamalı olduq və nazirliyin ezamiyyət pullarını ödəməməsi ilə bağlı da mülki qaydada məhkəmədə iddia qaldırmışıq. Bununla yanaşı, İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi qızıma veteranlıq verilmişdi, bir il ərzində aylıq 80 manat müavinət aldı. Sonra vəsiqə və medalların verilməsinə başlandı. Lakin qızıma heç bir medal və veteranlıq vəsiqəsi verilmədi, hətta heç bir əsas və əmr olmadan veteranlıq müavinəti də dayandırıldı. Hazırda veteranlıq statusu rəsmi olaraq qüvvədədir. Bununla bağlı da Bakı İnzibati Məhkəməsində ayrıca iddia qaldırmışıq".

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hazırda Ş.R-in məsələsi məhkəmədə müzakirə edilir.

Bakı İnzibati Məhkəməsindən isə sorğumuza cavab olaraq deyilib ki, tərəf qərardan narazıdırsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri