Icma.az
close
up
RU
Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir? Aptekdəki insidentlə bağlı yeni DETALLAR

Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir? Aptekdəki insidentlə bağlı yeni DETALLAR

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bakıda aptek müdiri xanım işçisini döyüb.

Redaktor.az xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində baş verib.

Qeyd olunur ki, aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi və yerlə sürüdüyü görünür.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

****

Bakıda aptek müdirinin xanım işçisini döyməsi ilə bağlı insidentin yeni təfərrüatları ortaya çıxıb.

Hadisə bu il iyulun 7-də baş verib. Məsələnin üstü aptekin digər işçisi Şəhanə Quliyevanın insidentin görüntülərini döyülən Ayselin yaxınlarına verməsindən sonra açılıb. Bundan sonra isə aptekin müdiri Elnur Cabbarovla Şəhanə Quliyevanın həyat yoldaşı Zamin Quliyev arasında qarşıdurma yaranıb.

Z.Quliyevin qardaşı Qabil Quliyev baş verənlər haqqında "bakupost.az" -a ətraflı danışıb. O, əvvəlcə Ayselin döyülməsinin səbəblərinə toxunub:

"Bu hadisədə döyülən, təhqir olunan, zərər çəkən təkcə Aysel deyil. Bu, bütövlükdə Azərbaycan xalqının problemidir. Hadisənin necə baş verməsinə gəlincə, Ayselin iş yoldaşı ona "müəllim dovşana oxşayır" məzmunlu mesaj yazıb. Aysel isə bu mesaja yalnız gülüş smayliki ilə cavab verib. Lakin aptekin Aysel adlı başqa bir işçisi bu mesajın ekran görüntüsünü alaraq müdirə göndərib. Bundan sonra Elnur Cabbarov aptekə gələrək Ayseli vəhşicəsinə döyüb. Hadisədən sonra döyülən qızın anası mənim qardaşımın yoldaşına zəng edərək kamera görüntülərini istəyib. Kamera görüntülərini əldə etdikdən sonra o, məsələ ilə bağlı 22-ci Polis İdarəsinə müraciət edib. Lakin daha sonra Elnur Cabbarovla Ayselin ailəsi arasında barışıq əldə olunub".

Q.Quliyevin sözlərinə görə, onlar arasında barışıq əldə edildikdən sonra aptekin müdiri Elnur Cabbarov həmin görüntülərin kim tərəfindən yayıldığını öyrənərək, qardaşımın yoldaşı Şəhanə Quliyevanın ünvanına nalayiq ifadələr və əxlaqsız sözlər işlədib. Avqustun 31-də qardaşım Zamin Quliyev bu davranışa biganə qalmayıb və onunla Elnur Cabbarov arasında əlbəyaxa dava baş verib. Aptek müdiri hadisə ilə əlaqədar qardaşımdan xuliqanlıq maddəsi üzrə şikayətçi olub. Hazırda Zaminin işinə Nərimanov Rayon Polis İdarəsində baxılır. Elnur Cabbarov bizə bildirir ki, Zamin Quliyev həyat yoldaşı Şəhanə Quliyeva ilə boşandığı halda, şikayətini geri götürəcək. Biz bu məsələnin obyektiv araşdırılmasını, həm Ayselin, həm də Şahanənin hüquqlarının müdafiəsini tələb edirik. Elnur Cabbarov açıq şəkildə bildirir ki, "mənim pulum var, 2 həftədə 50-100 min qazanan oğlanam. Siz mənə heç nə edə bilməzsiniz. Pulumu verib bu işdən çıxaram". Hətta mənə deyir ki, "elə edəcəm ki, qardaşın öz yoldaşından boşansın, ondan sonra şikayət ərizəmi geri çəkəcəm".

Məsələ ilə bağlı Elnur Cabbarovla da əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirildi ki, hazırda məsələ ilə bağlı istintaq davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see275

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see230

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see217

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see183

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see178

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see178

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see148

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see143

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see142

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see136

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see134

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see132

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see130

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see128

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see126

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see124

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see121

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see120

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri