Icma.az
close
up
RU
Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir? Aptekdəki insidentin SENSASİON DETALLARI

Xanım işçisini döyən müdir digər qadını boşatdırmaq istəyir? Aptekdəki insidentin SENSASİON DETALLARI

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda aptek müdiri xanım işçisini döyüb.

Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində baş verib.

Qeyd olunur ki, aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi və yerlə sürüdüyü görünür.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

****

Bakıda aptek müdirinin xanım işçisini döyməsi ilə bağlı insidentin yeni təfərrüatları ortaya çıxıb.

Məlumata görə, hadisə bu il iyulun 7-də baş verib. Məsələnin üstü aptekin digər işçisi Şəhanə Quliyevanın insidentin görüntülərini döyülən Ayselin yaxınlarına verməsindən sonra açılıb. Bundan sonra isə aptekin müdiri Elnur Cabbarovla Şəhanə Quliyevanın həyat yoldaşı Zamin Quliyev arasında qarşıdurma yaranıb.

Z.Quliyevin qardaşı Qabil Quliyev baş verənlər haqqında Bakupost.az -a ətraflı danışıb. O, əvvəlcə Ayselin döyülməsinin səbəblərinə toxunub:

"Bu hadisədə döyülən, təhqir olunan, zərər çəkən təkcə Aysel deyil. Bu, bütövlükdə Azərbaycan xalqının problemidir. Hadisənin necə baş verməsinə gəlincə, Ayselin iş yoldaşı ona "müəllim dovşana oxşayır" məzmunlu mesaj yazıb. Aysel isə bu mesaja yalnız gülüş smayliki ilə cavab verib. Lakin aptekin Aysel adlı başqa bir işçisi bu mesajın ekran görüntüsünü alaraq müdirə göndərib. Bundan sonra Elnur Cabbarov aptekə gələrək Ayseli vəhşicəsinə döyüb. Hadisədən sonra döyülən qızın anası mənim qardaşımın yoldaşına zəng edərək kamera görüntülərini istəyib. Kamera görüntülərini əldə etdikdən sonra o, məsələ ilə bağlı 22-ci Polis İdarəsinə müraciət edib. Lakin daha sonra Elnur Cabbarovla Ayselin ailəsi arasında barışıq əldə olunub".

Q.Quliyevin sözlərinə görə, onlar arasında barışıq əldə edildikdən sonra aptekin müdiri Elnur Cabbarov həmin görüntülərin kim tərəfindən yayıldığını öyrənərək, qardaşımın yoldaşı Şəhanə Quliyevanın ünvanına nalayiq ifadələr və əxlaqsız sözlər işlədib. Avqustun 31-də qardaşım Zamin Quliyev bu davranışa biganə qalmayıb və onunla Elnur Cabbarov arasında əlbəyaxa dava baş verib. Aptek müdiri hadisə ilə əlaqədar qardaşımdan xuliqanlıq maddəsi üzrə şikayətçi olub. Hazırda Zaminin işinə Nərimanov Rayon Polis İdarəsində baxılır. Elnur Cabbarov bizə bildirir ki, Zamin Quliyev həyat yoldaşı Şəhanə Quliyeva ilə boşandığı halda, şikayətini geri götürəcək. Biz bu məsələnin obyektiv araşdırılmasını, həm Ayselin, həm də Şahanənin hüquqlarının müdafiəsini tələb edirik. Elnur Cabbarov açıq şəkildə bildirir ki, "mənim pulum var, 2 həftədə 50-100 min qazanan oğlanam. Siz mənə heç nə edə bilməzsiniz. Pulumu verib bu işdən çıxaram". Hətta mənə deyir ki, "elə edəcəm ki, qardaşın öz yoldaşından boşansın, ondan sonra şikayət ərizəmi geri çəkəcəm".

Məsələ ilə bağlı Elnur Cabbarovla da əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirildi ki, hazırda məsələ ilə bağlı istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri