Xanımların axtardığı o resept: Cəmi 28 dəqiqəyə ən sağlam şam yeməyi
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yay mövsümündə həm yüngül, həm də orqanizm üçün son dərəcə faydalı yemək axtaranlar üçün məşhur kulinariya platformasının xüsusi resepti açıqlanıb.
Demokrat.az xəbər verir ki, zəngin Omeqa-3 anbarı olan qızılbalığın (somon) bal və soya sousu ilə hazırlanan bu variantı əlavə yağ tələb etmədiyi üçün ideal pəhriz yeməyi hesab olunur. Cəmi 4 porsiyadan ibarət olan bu təamın hazırlanması 20 dəqiqə, bişirilməsi isə cəmi 8 dəqiqə vaxt aparır.
Ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz reseptin detalları:
Lazım olan komponentlər:
1. 4 ədəd qızılbalıq filesi (hər biri təxminən 170 qram)
2. 1/4 stəkan təzə keşniş yarpağı və 2 ədəd yaşıl soğan
3. 2 çay qaşığı bitki yağı və 1 çay qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
4. 2 çay qaşığı təzə laym (yaşıl limon) şirəsi
5. 2 çay qaşığı az duzlu soya sousu və 2 çay qaşığı təbii bal
6. 1 1/3 stəkan bişmiş edamame (yaşıl soya lobyası)
7. Qara küncüt toxumu, duz və istiot
Hazırlanma qaydası:
İlk növbədə keşniş və yaşıl soğanı xırda doğrayıb yağ, zəncəfil, duz və istiotla qarışdırın. Balıq filetlərinin üzərində dərin kəsiklər açaraq hazırladığınız bu ot qarışığını içinə doldurun. Laym şirəsi, soya sousu və balı ayrıca bir qabda hamar olana qədər çalın.
Balıqları öncədən qızdırılmış qrilə qoyub hər iki tərəfini 3-4 dəqiqə bişirin, bu əsnada ballı-soyalı sousu fırça ilə balığın üzərinə çəkin. Hazır olan yeməyi küncüt toxumları, edamame və laym dilimləri ilə bərabər süfrəyə təqdim edə bilərsiniz. Yeməyi həmçinin sobanın qril rejimində folqa üzərində 6-7 dəqiqəyə də hazırlamaq mümkündür.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Xanımların nəzərinə! Ən faydalı mürəbbələr
16 Noyabr 2024 21:09
Trampın şam işığında dünyanın ən bahalı şam yeməyi FOTOLAR
20 Yanvar 2025 19:36
Toyuqdan çox ləzzətli şam yeməyi: 30 dəqiqəyə hazırdır!
29 Yanvar 2025 18:52
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi necə hazırlanır?
18 Avqust 2026 16:17
Baxış sayı:169
Bu xəbər 14 İyun 2026 15:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları