Icma.az
close
up
RU
Xankəndi beynəlxalq məclislər mərkəzinə çevrilir

Xankəndi beynəlxalq məclislər mərkəzinə çevrilir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azad şəhər 1 gündə 2 mötəbər konfransa ev sahibliyi etdi

Oktyabrın 23-də Xankəndi şəhərində sosial xidmətlərin rəqəmsal transformasiyası, süni intellektin idarəetmədə rolu və müasir texnologiyaların tətbiqi məsələlərinə həsr olunmuş “SOCGOV 2026” adlı beynəlxalq konfrans keçirilib. “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunu əhatə edən forum 12 ölkədən 300-ə yaxın dövlət qurumunun nümayəndələrini, beynəlxalq ekspertləri və sosial siyasət üzrə mütəxəssisləri bir araya gətirib.

Sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və idarəetmədə yeni yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsinin aparıldığı konfransın əsas məqsədi rəqəmsal analitika və süni intellekt imkanlarından istifadə etməklə sosial xidmətlərin daha səmərəli, əlçatan və şəffaf təşkilinə töhfə verməkdir.

Forumun proqramına TEDx formatında debatlar, tematik işçi qruplarının müzakirələri və beynəlxalq təcrübə mübadiləsi daxil olunub, iştirakçılar, həmçinin süni intellektin sosial xidmətlərdə tətbiqi zamanı etik prinsiplərin qorunması, rəqəmsal həllərin idarəetmədə yaratdığı imkanlar və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beynəlxalq forumun sosial xidmətlərin gələcəyinin müəyyənləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və qabaqcıl təcrübələrin mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa – quruculuq işlərinin aparıldığını vurğulayan nazir forumun Xankəndidə keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, bu gün həmin ərazilərdə müasir infrastruktur yaradılır, yeni həyat qurulur, müasir şəhərsalma və “ağıllı şəhər” konsepsiyaları həyata keçirilir. Sosial müdafiə sistemində rəqəmsal transformasiyanın əhəmiyyətinə xüsusi diqqət çəkən Anar Əliyev bildirib ki, müasir dünyada məlumatlara əsaslanan qərarvermənin rolu getdikcə artır, süni intellekt və rəqəmsal analitika sosial xidmətlərin daha səmərəli təşkili üçün geniş imkanlar yaradır. Əmək, məşğulluq və sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi, informasiya sistemlərinin inteqrasiyası və xidmətlərin vahid rəqəmsal platformada təşkili vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırır, idarəetmədə çevikliyi və şəffaflığı artırır.

Məşğulluq sahəsində rəqəmsal həllərin tətbiqinin vacibliyi də diqqətə çatdırılıb. Əmək bazarının təhlili, vakansiyalar barədə məlumatların əlçatanlığı, işaxtaranların məşğulluq imkanlarının artırılması və karyera planlaşdırılması müasir texnologiyaların mühüm tətbiq istiqamətləri kimi qeyd olunub. Bildirilib ki, sosial xidmətlərin rəqəmsal transformasiyası yalnız texnoloji yeniliklərin tətbiqi deyil, eyni zamanda, dövlət-vətəndaş münasibətlərinin daha səmərəli qurulması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və hər bir vətəndaşın ehtiyaclarına uyğun yanaşmanın təmin edilməsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə geniş tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda 52 dövlət bu modelin təcrübəsini öyrənir və Azərbaycanla əməkdaşlıq edir. Model əsasında dünyada 600-dən çox xidmət mərkəzi yaradılıb, 800 milyona yaxın insana xidmət göstərilir. Həmin göstəricilərə əsasən, dünya əhalisinin, təxminən, 10 faizi bu model əsasında fəaliyyət göstərən xidmət mərkəzlərinin əhatə dairəsindədir.

Sonra “SOCGOV 2026” forum iştirakçıları Xankəndi şəhərində gəzintidə olub, Qarabağ Universitetini ziyarət ediblər.

***

Dünən Xankəndi şəhəri daha bir mötəbər tədbirə ev sahibliyi edib, Qarabağ Universitetində Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 81-ci ildönümünə həsr olunmuş “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoq keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko və digər rəsmi şəxslər dialoq çərçivəsində dayanıqlı inkişaf sahəsində Azərbaycan–BMT əməkdaşlığının prioritetləri, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılması, eləcə də regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi imkanlarını müzakirə ediblər. Çıxışlarda Azərbaycanın iqtisadi inkişaf strategiyalarının DİM ilə uzlaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Səməd Bəşirli bildirib ki, 2020-2025-ci illərdə Azərbaycan iqtisadiyyatına, təxminən, 49 milyard ABŞ dollarından çox xarici investisiya qoyulub ki, bunun da təxminən, 36 milyard dollarını xarici investisiyalar təşkil edib. Nazir müavini bu ilin yanvar-sentyabr aylarında əsas kapitala investisiyaların 10,9 faiz, qeyri-neft-qaz ixracının isə 20,5 faiz artığını diqqətə çatdırıb: “2021-2025-ci illər ərzində ölkə iqtisadiyyatı real ifadədə hər il orta hesabla 3,4 faiz böyüyüb. O cümlədən qeyri neft-qaz sektorunda 6 faiz, onun tərkib hissəsi olan qeyri-neft-qaz sənayesində isə 1,5 dəfə artım olub. Ölkənin qeyri-neft-qaz ixracı isə 2 dəfə artıb. Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi sabitliyin qorunmasına, iqtisadiyyatın şaxələndirilməsinə, maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edib”.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko qeyd edib ki, qarşılıqlı fəaliyyət, o cümlədən COP29 və 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsi Azərbaycanın ümumi qlobal problemlərin həllində iştiraka hazır olduğunu göstərir: “Azərbaycanın çoxtərəfli əməkdaşlığa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına sadiqliyini qeyd etmək istəyirəm. Ölkənin BMT ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və WUF13-ün keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu sübut edir”.

Rezident-əlaqələndirici işğaldan azad olunmuş ərazilərdə bərpanın əsas şərtlərindən biri adlandırdığı humanitar minatəmizləməyə xüsusi diqqət ayırıb. Bildirib ki, minalardan təmizlənmiş hər bir ərazi mənzil tikintisi, kənd təsərrüfatı ilə məşğul olmaq, infrastrukturun və ictimai həyatın inkişafı üçün imkanlar açır. Azərbaycanın minatəmizləməni 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi kimi tanıması bu qarşılıqlı əlaqəni vurğulayır. Dayanıqlı bərpa, həmçinin iqlimə davamlı kənd təsərrüfatının inkişafını, su ehtiyatlarından səmərəli istifadəni, ekosistemlərin bərpasını və dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqini nəzərdə tutur.

Sonda Dmitro Şlapaçenko BMT-nin ölkə komandasının 2027-ci ildə razılaşdırılmış prioritetlərin həyata keçirilməsi üzərində azərbaycanlı tərəfdaşlarla birgə işləməyə hazır olduğunu bəyan edib.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, məşğulluğun təmin edilməsi və regionun iqtisadi potensialının reallaşdırılması məsələləri geniş müzakirə edilib. Bildirilib ki, dövlət investisiya proqramları çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən, təxminən, 6 milyard manat vəsait yönəldilib.

Həyata keçirilən layihələr yaşayış məntəqələrinin bərpası, infrastrukturun yenidən qurulması, iqtisadi fəallığın artırılması və əhalinin doğma yurdlarında davamlı məskunlaşması üçün şəraitin yaradılmasına xidmət edir. Qeyd olunub ki, regionda dayanıqlı inkişafın təmin edilməsi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Eyni zamanda, yeni iqtisadi fəaliyyət sahələrinin formalaşdırılması, özəl investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı və əhalinin məşğulluq imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, strateji dialoqun əsas məqsədi DİM-in Qarabağ iqtisadi rayonunun inkişaf proseslərinə inteqrasiyasını, Azərbaycan–BMT tərəfdaşlığının gələcək istiqamətlərini və regionun dayanıqlı sosial-iqtisadi inkişafına töhfə verəcək birgə fəaliyyət imkanlarını dəyərləndirməkdir. Bu mənada, Qarabağ Universitetində təşkil olunan tədbir dayanıqlı inkişaf gündəliyinin regional səviyyədə həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri