Icma.az
close
up
RU
Xankəndi sammiti sadəcə diplomatik tədbir deyil bu, geosiyasi mesajdır!

Xankəndi sammiti sadəcə diplomatik tədbir deyil bu, geosiyasi mesajdır!

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın azad olunmuş əraziləri artıq regional və beynəlxalq siyasi dialoq məkanına çevrilməkdədir. Bu mənada Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının keçirilməsi xüsusi diqqət çəkir. Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Azərbaycanın siyasi, iqtisadi və diplomatik müstəvidə artan nüfuzunun parlaq nümunəsidir. Bu onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası hərbi qələbənin ardınca döyüş meydanında əldə olunan nəticələri yüksək peşəkarlıqla siyasi müstəvidə rəsmiləşdirməyi bacardı. Xankəndi sammiti Azərbaycan üçün sadəcə diplomatik tədbir deyil – bu, geosiyasi mesajdır. İllərlə işğal altında qalmış bir ərazidə beynəlxalq zirvənin təşkili, Türkiyə, İran, Pakistan kimi Yaxın və Orta Şərqin supergüc dövlətlərinin rəhbərlərinin Xankəndinə toplanması Bakının bölgədə yaratdığı yeni reallığın beynəlxalq leqitimlik qazandığını sübut edir.

Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olundu. Bu mənada İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin Xankəndidə keçirilməsi həm siyasi, həm də sivilizasiya baxımından mühüm hadisədir. Bu, hər şeydən öncə, Azərbaycanın azad olunmuş ərazilərində əhalinin normal və təhlükəsiz həyatına təminatın yaradıl¬masının beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir. Eyni zamanda, belə beynəlxalq miqyaslı tədbirlər yaxın perspektivdə Azərbaycanın Qarabağ iqtisadi rayonuna həm siyasi, həm də iqtisadi dividendlər vəd edir.

Sammitə qatılan dost ölkələrin başçılarının Qarabağa səfərlərinin vacib protokol qaydasına çevrilməsi ilə yanaşı, bu ənənə, həmçinin bölgəyə daha çox xarici investisiyanın cəlb olunmasını təşviq edir. Beynəlxalq təcrübədən məlumdur ki, xarici investorlar təhlükəsizliyə xüsusi önəm verirlər. Çünki onlar qoyduqları kapitalın risklərlə üzləşməsini istəmirlər. Azərbaycanın iş¬ğaldan azad olunmuş ərazisində bu sə¬viyyədə tədbirlərin keçirilməsi Qarabağın investisiyalar üçün cəlbedici bölgə olduğunu əyani şəkildə nümayiş etdirir.

Zirvə görüşü işğaldan azad olunan torpaqlarda yeni dövrün – sabitlik və əməkdaşlıq erasının – başlanğıcını simvolizə edir. Xankəndi artıq yalnız keçmişin simvolu deyil – o, gələcəyin də platformasına çevrilir. Beynəlxalq liderlərin iştirakı ilə burada imzalanan hər bir sənəd sülh və tərəqqi naminə atılmış ciddi addım olacaq. Zirvə həm də regionda diplomatik dinamikaların dəyişdiyini göstərir. İndi proseslər Bakının təklif etdiyi formatlar üzərindən inkişaf edir. Zəngəzur dəhlizi, enerji marşrutları, regional bazarlara çıxış imkanları da gündəmdə olacaq. Bu da Azərbaycanın təkcə ev sahibi yox, həm də təşəbbüskar aktor kimi tanınmasına səbəb olur. İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri üçün Xankəndi zirvəsi postmünaqişə dövrü üçün yeni əməkdaşlıq modelinin əsasını qoyur. Azərbaycanın təqdim etdiyi “qurucu model” – sülh, bərpa və inkişaf üçlüyünə əsaslanır. Bu model regionda sabitliyin və təhlükəsizliyin yeganə real alternativi kimi qəbul edilir.

Zirvə həm də Ermənistan üçün mesajdır – dialoqa açıq olmaq, revanşizmdən əl çəkmək, yeni reallıqla barışmaq. Azərbaycanın beynəlxalq nüfuzu bu tip tədbirlərlə yalnız artmır, həm də dərinləşir. Qarabağ artıq beynəlxalq tədbirlərin keçirildiyi, investisiya axınının yönəldiyi siyasətinin həyata keçirildiyi əraziyə çevrilib. Xankəndidəki zirvə bunun rəsmi elanıdır. Və bu, Azərbaycanın dövlətçilik tarixində növbəti diplomatik qələbədir.

Fəzail İbrahimli
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri