Icma.az
close
up
RU
Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsi başlayır

Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsi başlayır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin başlamasına iki gün qalıb.

Düşərgə avqustun 3-dən 9-dək ölkəmizin suverenliyi və ərazi bütövlüyünün simvoluna çevrilən Xankəndi şəhərində keçiriləcək.

Diaspor Gənclərinin VI Yay Düşərgəsinə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılacaq. 

Düşərgənin açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm,  mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. 

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramı olduqca zəngindir. Düşərgə iştirakçıları dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək,  Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda, intellektual oyunlarda iştirak edəcəklər. 

Prezident İlham Əliyev hər zaman dünya azərbaycanlılarını Vətənlə əlaqələrini kəsməməyə çağırıb. Müzəffər Ali Baş Komandan 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bildirib ki, “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”. Diasporla İş üzrə Dövlət Komitəsi bütün fəaliyyətində, o cümlədən Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkilində dövlət başçısının həmin tövsiyələrini əldə rəhbər tutur.

Diaspor Gənclərinin Yay Düşərgələri layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir. 

Qeyd edək ki, bu günə kimi Diaspor Gənclərinin Yay Düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3000 mindən artıq müraciət daxil olub, müraciət edən gənclərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri