Icma.az
close
up
RU
Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı panel təşkil olundu

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı panel təşkil olundu

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı panel təşkil olunub.

Metbuat.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidə doğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayan azərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi və Xankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.

Paneldə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçinin Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis dillərində videomaterial nümayiş olunub.

Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin tarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb. Həmçinin, panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30 ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.

Panel sualların cavablandırılması və düşərgə iştirakçılarının qəhrəmanlıq ruhunda mahnılar ifa etmələri ilə yekunlaşıb. Diaspor gəncləri paneli mövzu və forma baxımından yeni platforma kimi dəyərləndirib, panelboyu həm qürurverici, həm də duyğulu anlar yaşadıqlarını qeyd ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri