Icma.az
close
up
RU
Xankəndi şəhərindən bir daha birlik, dostluq, əməkdaşlıq mesajı ünvanlandı ŞƏRH

Xankəndi şəhərindən bir daha birlik, dostluq, əməkdaşlıq mesajı ünvanlandı ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın həm də region ölkələrinin, bütün dünyaya sülh, əməkdaşlıq və inkişaf çağırışı Aərbaycanın nə qədər iradəli, uzaqgörən və güclü dövlət olduğunu bir daha sübut etdi. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın ən fəal təmsil olunduğu qurumlardandır. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmadı Ermənistan və onun arxasında duran dövlətlərə bildirildi ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, Azərbarcan ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qəbiristanlıqlar vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin etmiş və hal-hazırda həmin ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Xankəndi zirvəsi münaqişə və mübahisələrin əksər hissəsinin məhz İƏT-ə üzv ölkələrin ərazisində baş verdiyi bir vaxtda keçirildiyindən dialoq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Liderlər də bir daha bildirdilər ki, sülh və inkişafın bünövrəsi iqtisadi əməkdaşlığa söykənir. Bu mənada üzv ölkələrin təşkilat daxilində tərəfdaşlığı zərurətə çevrilib.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri