Icma.az
close
up
RU
Xankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir

Xankəndi tikiş fabrikində hər gün 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə Prezidentlərinin tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan və Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə yerli, eləcə də, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,5 milyon manat güzəştli kredit ayrılıb. Təsdiqedici sənədlər əsasında təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.

Müəssisənin fəaliyyəti regionda qeyri-neft məhsullarının ixracının artımına əhəmiyyətli töhfə verəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. 1,2 hektar ərazini əhatə edən fabrikdə hazırda gündəlik 2 min 500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, gələcəkdə bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.

Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yerinin yaradılması planlaşdırılıb. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Fabrikdə müxtəlif növ parçalardan geyim məhsulları istehsal olunur. Əsasən 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal edilir. Gələcəkdə müxtəlif növ kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.

Xatırladaq ki, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan - Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri