Icma.az
close
up
RU
Xankəndi tikiş fabrikində bu məhsullar istehsal edilir RƏSMİ

Xankəndi tikiş fabrikində bu məhsullar istehsal edilir RƏSMİ

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xankəndi şəhərində tikiş fabriki inşa edilib.

Ötən gün Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə fabrikin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Qeyd edək ki, tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir.

Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin kommunikasiya məsələləri üzrə əməkdaşı Tural Qurbanov Modern.az-a açıqlamasında bildirib ki, hazırda fabrikdə 250-ə qədər işçi çalışır, onların da əksəriyyəti Qarabağa geri qayıtmış keçmiş məcburi köçkünlərdir:

“Gələcəkdə işçi sayı 800 nəfərə qədər artacağı gözlənilir. Əsas məhsullar isə qısaqol və düyməli köynəklərdir ki, onların da hər biri xarici bazar üçün nəzərdə tutulub”. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see434

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see322

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see308

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see306

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see299

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see281

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see279

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see277

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see275

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see270

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see265

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see263

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see256

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see253

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see245

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see240

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see235

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see232

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see217

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri