Xankəndi, Xocalı və Ağdərə məktəblərində “Son zəng” çalınıb FOTOLAR
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 13-də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu il Xankəndi şəhərindəki 4 nömrəli tam orta məktəbindən 32, Xocalının Ballıca kənd tam orta məktəbindən 15, Xocalı şəhər 1 nömrəli tam orta məktəbindən isə 6 şagird məzun olub.
Ağdərə rayonunda fəaliyyət göstərən Vəngli tam orta məktəbində 3, Həsənriz tam orta məktəbində isə 4 şagird məktəbi başa vuraraq məzun adını qazanıb.
"Son zəng" tədbirində çıxış edənlər, məzunları təbrik edib, onların Qarabağ torpağında “Son zəng” sevincini yaşamalarını tarixi hadisə adlandırıblar.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində müasir təhsil infrastrukturu yaradılıb, yeni məktəb binaları tikilib, mövcud təhsil ocaqları əsaslı təmir və bərpa olunub.
Vurğulanıb ki, dövlət tərəfindən şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb, məktəblər müasir avadanlıqlarla təchiz edilib və təhsil mühitinin daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görülür.
Qeyd edək ki, "Son zəng" tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, bədii-kompozisiyalar nümayiş olunub, son zəng çalınaraq, 2025–2026-cı tədris ilinə yekun vurulub.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















