Icma.az
close
up
RU
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə: Yeni tarixin ünvanları

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə: Yeni tarixin ünvanları

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20 Sentyabr Azərbaycan dövlətçiliyinin müasir tarixində müstəsna əhəmiyyət daşıyan günlərdən biridir.

Dövlət Suverenliyi Günü kimi qeyd olunan bu əlamətdar tarix Azərbaycanın öz ərazisi üzərində tam hakimiyyətini bərpa etməsinin, dövlət suverenliyini bütün ölkə ərazisində təmin etməsinin və uzun illər davam edən separatizmə son qoymasının rəmzidir.
Bu tarix Azərbaycan xalqının milli qürurunu daha da yüksəldən, dövlətimizin gücünü və müstəqilliyinin sarsılmazlığını nümayiş etdirən böyük Zəfərin mühüm səhifəsidir.

Dövlət suverenliyi anlayışı müstəqil dövlətin siyasi-hüquqi mahiyyətini müəyyən edən fundamental prinsiplərdəndir. Öz ərazisi üzərində tam hakimiyyətə malik olmaq, dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək, ölkənin bütün ərazisində konstitusion quruluşun və qanunvericiliyin qüvvəsini bərqərar etmək suveren dövlətçiliyin başlıca şərtlərindəndir.

Azərbaycan xalqı uzun illər bu prinsipin pozulmasının ağrısını yaşayıb. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, həmin ərazilərdə separatçı rejimin yaradılması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid törədib.

Lakin Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında ölkəmizin iqtisadi, siyasi və hərbi potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələdə daha böyük əzm və qətiyyətlə davam etdirilib.

Güclü iqtisadiyyatın yaradılması, ordu quruculuğunun prioritet istiqamətə çevrilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ölkəmizin qarşısında duran tarixi məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaradıb.

Cənab Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi bütün bu proseslərin əsas istiqamətverici amili olub. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək. Bu siyasi mövqe yalnız bəyanat səviyyəsində qalmayıb, konkret dövlət strategiyası ilə müşayiət olunub.

Azərbaycanın iqtisadi qüdrətinin artırılması, müasir və peşəkar ordunun formalaşdırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi və beynəlxalq aləmdə ölkəmizin haqq mövqeyinin ardıcıl şəkildə müdafiəsi vahid strategiyanın tərkib hissələrinə çevrilib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi bu strategiyanın tarixi nəticəsini nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin, Şuşanın və yüzlərlə yaşayış məntəqəsinin azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı.

Şuşanın azad edilməsi isə hərbi Qələbənin taleyini müəyyənləşdirən mühüm hadisə olmaqla yanaşı, xalqımızın milli ruhunun və dövlətçilik iradəsinin təntənəsinə çevrildi.

Lakin 2020-ci ilin Zəfərindən sonra da Azərbaycanın qarşısında mühüm vəzifələr qalmaqda idi. Qarabağın bir hissəsində separatçı rejimin mövcudluğunu davam etdirməsi ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunmasına imkan vermirdi. Azərbaycan dövləti öz ərazisində belə bir vəziyyətin uzun müddət davam etməsinə yol verə bilməzdi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri məhz bu tarixi mərhələnin başa çatmasını təmin etdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq, çeviklik və döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi. Bununla Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərpası təmin edildi.

Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması da məhz bu tarixi hadisənin mahiyyətindən irəli gəlir. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunmasının, ölkənin bütün ərazisində Konstitusiyanın və qanunların qüvvəsinin bərqərar edilməsinin rəmzidir.

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ilə eyni tarixdə qeyd olunması isə xüsusi rəmzi məna daşıyır. Bu şəhərlərin Azərbaycanın siyasi və hüquqi məkanına qayıdışı dövlət suverenliyimizin bərpasının ən mühüm nəticələrindəndir. Uzun illər ərzində işğal və separatizm şəraitində qalan bu şəhərlərdə bu gün Azərbaycan bayrağı dalğalanır, dövlət idarəçiliyi həyata keçirilir və yeni inkişaf mərhələsinin əsası qoyulur.

Bu şəhərlərin timsalında Azərbaycanın Zəfərinin mahiyyəti daha aydın görünür. Çünki torpağın azad edilməsi tarixi missiyanın yalnız bir hissəsidir. Əsl məqsəd həmin ərazilərdə dövlət həyatının tam bərpa olunması, insanların təhlükəsiz və firavan yaşayışının təmin edilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın geri qayıtmasıdır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri məhz bu məqsədə xidmət edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramı ardıcıl şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri salınır, şəhərlər yenidən qurulur, yollar və digər nəqliyyat infrastrukturu yaradılır, enerji təminatı və kommunal xidmətlər bərpa edilir, məktəblər, tibb müəssisələri və sosial obyektlər inşa olunur.

Bütün bunlar sadəcə fiziki quruculuq prosesi deyil. Söhbət uzun illər ərzində doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına qayıdışının təmin edilməsindən, həmin ərazilərdə normal həyatın yenidən qurulmasından və Qarabağın Azərbaycanın ümumi sosial-iqtisadi məkanına tam inteqrasiyasından gedir. Bu baxımdan Böyük Qayıdış Azərbaycan dövlətinin Zəfərdən sonrakı siyasətinin ən mühüm istiqamətlərindən biridir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin gələcək inkişafı da bu strategiyanın ayrılmaz hissəsidir. Bu şəhərlərin bərpası və inkişaf etdirilməsi Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu daha da gücləndirir. Çünki suverenlik yalnız dövlət bayrağının dalğalanması və dövlət idarəçiliyinin bərpası ilə məhdudlaşmır. Suverenliyin tam mahiyyəti insanların öz doğma torpaqlarında təhlükəsiz və layiqli həyat şəraitinə qovuşması, həmin ərazilərin iqtisadi və sosial potensialının reallaşdırılması ilə tamamlanır.

Xocalının timsalında bu proses xüsusi mənəvi məna daşıyır. Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz buraxıb. Bu şəhərdə Azərbaycan dövlətinin suverenliyinin bərpa olunması, yeni həyatın qurulması və gələcək inkişaf üçün geniş imkanların yaradılması tarixi ədalətin bərpasının mühüm ifadəsidir. Xocalının dirçəldilməsi həm də şəhidlərin xatirəsinə ehtiramın, onların yarımçıq qalan arzularının həyata keçirilməsinin rəmzidir.

Xankəndidə dövlət idarəçiliyinin tam bərpa olunması da Azərbaycanın yaratdığı yeni reallığın mühüm göstəricisidir. Şəhərin ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına inteqrasiyası, burada müxtəlif dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi, yeni infrastrukturun yaradılması Xankəndinin Azərbaycan dövlətinin inkişaf məkanında öz layiqli yerini tutduğunu göstərir.

Eyni proses Xocavənd və Ağdərədə də həyata keçirilir. Bu ərazilərdə bərpa-quruculuq işlərinin genişləndirilməsi, infrastruktur layihələrinin reallaşdırılması və Böyük Qayıdışın mərhələli şəkildə təmin edilməsi Qarabağın gələcək inkişafının əsas istiqamətlərindəndir.

Təbii ki, bu böyük quruculuq prosesinin qarşısında müəyyən çətinliklər də var. Onların sırasında işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi xüsusi yer tutur. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunmasıdır. Minatəmizləmə işlərinin genişləndirilməsi insanların həyat və sağlamlığının qorunması ilə yanaşı, bərpa prosesinin sürətləndirilməsi və iqtisadi fəaliyyət üçün əlverişli şəraitin yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Bütün bu proseslər bir-biri ilə üzvi şəkildə bağlıdır. Ərazi bütövlüyünün bərpası hərbi Zəfəri, dövlət suverenliyinin tam təmin olunması siyasi-hüquqi Zəfəri, Böyük Qayıdış isə bu tarixi nəticələrin sosial və iqtisadi məzmununu ifadə edir. Bu baxımdan Azərbaycan bu gün Zəfərin yeni mərhələsini – quruculuq və inkişaf mərhələsini yaşayır.

Əldə olunan nəticələr bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ardıcıl və məqsədyönlü xarakter daşıyır. Azərbaycan əvvəlcə iqtisadi və hərbi gücünü artırdı, sonra ərazi bütövlüyünü bərpa etdi, ardınca dövlət suverenliyini tam təmin etdi və indi azad edilmiş ərazilərdə yeni həyat qurur. Bu, müasir Azərbaycan dövlətçiliyinin inkişaf məntiqini və milli strategiyanın ardıcıllığını əks etdirən mühüm tarixi prosesdir.

20 Sentyabrın dövlət təqvimində xüsusi yer tutması da məhz bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan xalqına dövlət suverenliyinin nə qədər mühüm dəyər olduğunu bir daha xatırladır. Eyni zamanda, bu tarix şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını, Azərbaycan əsgərinin peşəkarlığını və xalqımızın dövlətçilik ətrafında birliyini ehtiramla yad etmək üçün mühüm mənəvi əsas yaradır.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda müşahidə olunan mənzərə Azərbaycanın tarixi Zəfərinin ən real nəticəsidir. Dünən işğal altında olan torpaqlarda bu gün yeni şəhərlər, kəndlər, yollar, məktəblər, sosial obyektlər yaradılır. Doğma torpaqlarından ayrı düşmüş insanlar öz yurdlarına qayıdır. Azərbaycan bayrağı altında yeni həyat qurulur.

Bu mənzərə 20 Sentyabrın mahiyyətini də aydın şəkildə ifadə edir. Dövlət Suverenliyi Günü Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, dövlət hakimiyyətini bütün ərazisində bərpa etməsinin və Zəfəri quruculuqla möhkəmləndirməsinin rəmzidir.

Bu gün Azərbaycan Zəfərin verdiyi imkanlarla gələcəyini quran, Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf modeli formalaşdıran, Böyük Qayıdışı reallaşdıran qalib dövlətdir. 20 Sentyabr isə bu tarixi yolun mühüm simvollarından biri kimi xalqımızın yaddaşında daim yaşayacaq.

Səbinə Salmanova,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri