Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planları hazırlanır
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planlarının üzərində iş aktiv şəkildə davam etdirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatının təltifetmə mərasimində deyib.
Onun sözlərinə görə, ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib: "Bu il biz bu işi davam etdirəcəyik. Qarabağda və Şərqi Zəngəzurda demək olar, bütün Baş Planlar hazırlanıb, əksəriyyəti rəsmi şəkildə təsdiq edilib. Kiçik bir hissəsinin üzərində dəqiqləşdirmə işləri aparılır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırma prosesi başa çatmaq üzrədir".
A.Quliyev xatırladıb ki, ötən ilin əvvəlində Bakının Baş Planı təqdim edilib və reallaşdırılmağa başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Fevral 2025 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















