Icma.az
close
up
RU
Xankəndi zəfəri konstitusiyamızı da xilas etdi Zahid Oruc

Xankəndi zəfəri konstitusiyamızı da xilas etdi Zahid Oruc

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

“Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin “dəmir əli” uzun illər sonra Vətən müharibəsində dəmir iradəyə çevrildi”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasda bildirib.

“Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da onun tək bir dövlət kitabı olub – Heydər Əliyev Konstitusiyası! Bəli, millətə xidmət heç bir ideoloji-siyasi formasiyadan asılı olmayanda qalib kimi qanunu sən yazırsan!

Ulu Öndərin yeni Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi.

Ulu Öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq ölkəmizə köçürmədi. Nə mühafizəkar Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Strasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, ali qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik.

Konstitusiyamız bütün xalqı birləşdirdi. Lakin 2023-cü ilədək ölkəmizdə iki bayraq, iki gerb və iki himn vardı. Ali qanunumuzda yazırdıq: “Respublikamız, torpağımız və xalqımız bölünməzdir”, lakin gerçəkdə separatizmin və işğalın simvolu olan qanunsuzluq hökm sürürdü. Xankəndi zəfəri konstitusiyamızı da xilas etdi, onu vahidləşdirdi, bütövləşdirdi.

Yeni konstitusiya iki dövlət çevrilişi cəhdindən, çoxlu sui-qəsdlərdən, yüz minlərlə insanın çadır şəhərciklərindəki ağrılarından keçərək ümumxalq sərvətinə çevrildi”, – deyə deputat əlavə edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri