Icma.az
close
up
RU
Şagirdlərimizi kütləvi repetitorluqdan xilas etməliyik Zahid Oruc

Şagirdlərimizi kütləvi repetitorluqdan xilas etməliyik Zahid Oruc

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan dövləti inkişafının yeni mərhələsində mühüm çağırışlar qarşısındadır. Tariximizdə ilk dəfə, prezident İlham Əliyevin liderliyi altında qazandığımız qələbədən sonra təkcə yerləşdiyimiz regionda deyil, bütün dünyada xalqımızın layiqli yeri və rolu müəyyənləşir".

Redaktor.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, "Paşa Holding"in dəstəyi ilə Bakıda keçirilən İnsan İnkişafı Forumunda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, deputat Zahid Oruc deyib.

O, qeyd edib ki, insan kapitalı 35 ildir ki, konkret elmi parametrlərə əsaslanır.

"Lakin ən güclü indeksi daşıyan millətlər belə, tarixən konfliktlər məkanı qafqazlarda əsrlərlə məğlub xalq durumunda yaşaya bilər. Son 200 ildə xalqımızın güclü elitasının formalaşdığı dövrlərdə milli nailiyyətlərimiz yalnız hərbi gücümüzdən asılı olub. İndi 35 il sonra tam əminliklə demək olar ki, 90-cı illərin savaşını nə xalq, nə də ordu uduzmuşdu, o dövrdə dövləti millətin qabaqcıl və aparıcı hissəsi idarə etmədiyi üçün məğlubiyyət qaçılmaz idi. Bəli, ikinci Qarabağ müharibəsinin nəticələri ilk növbədə, insan kapitalının gücü ilə birbaşa bağlıdır. Bir vaxtlar marşal Baqramyan öz ölkəsinin 100 yeniyetməsini seçib Moskvaya aparmışdı ki, onlar gələcəkdə sovet akademiyasının ön sıralarını tutacaqlar. Onun planı işlədi, həqiqətən onlarla erməni akademiki Sovetlər Birliyinin rəhbərliyinə yüksəldilər, sonra xalqımıza qarşı birinci müharibədə həlledici zərbəni də onlar vurdular. Lakin 2021-ci ildə, sabiq prezident Armen Sarkisyan məcburən dedi ki, biz elmdə, mədəniyyətdə, yaradıcılıqda, qlobal informasiya məkanında, nəhayət, ordu quruculuğunda prezident İlham Əliyevə uduzduq".

Millət vəkili bildirib ki, indi millətimizin 70 mindən çox qəhrəman oğulu sinələrində orden və medalı daşıyır:

"Ən böyük kapitalımız qalib azərbaycanlılardır. Dövlət quruculuğunda belə güclü resurs milli tarximizdə heç vaxt olmayıb. Uzun illər neftin hökmranlığı altında olan bir cəmiyyət- qara qızılın sənaye üsulu ilə çıxarılmağa başladığı 1847-ci ildən bu yana ilk dəfə, ölkəmiz tarixi sarsıntılardan və sınaqlardan qalibiyyətlə çıxan övladlara malikdir. Bir tarixi fakta diqqət edək-1918-ci ildə ali təhsillilərimizin sayı cəmi 418 nəfər təşkil edirdi. Əlbəttə, mədrəsələr xalqımızın təkcə dini, mənəvi deyil, həm də ilk təhsil ünvanlarından biri idi və Şərqin mütəfəkkirləri orada formalaşırdı. Lakin sovet illərində milli göstəricilərimiz həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə məruz qaldı. 1918-ci illə müqayisədə ötən əsrin 50-ci illərində orta məktəblərin sayı 900-ə, alimlərin sayı 1500-ə, ali təhsillilərin sayı 200 minə çatmışdı. İndi 4400-dən çox orta, 57 ali təhsil müəssisəsi, milyonlarla ali və orta ixtisas təhsilli mütəxəssis, 11 mindən artıq alimimiz var.

Cənab prezident 21-ci əsrdə Azərbaycan insanını dəyişdi, ona yeni milli kimlik qazandırdı. Son iki əsrin məğlubiyyəti və köçünlüyü, qaçqınlığı, iqtisadi itkiləri hər bir azərbaycanlıda dərin məyusluq, öz gücünə inamsızlıq və komplekslər yaratmışdı. Bəli, qafqazlarda məğlubları, gücsüzləri sevmirlər. 2020-ci ilin müqəddəs müharibəsi təkcə ərazi bütövlüyü və suverenlik qazandırmadı, həm də milyonlarla insanı əqli, mental və kültür baxımından özgüvənə yiyələndirdi. 44 günlük Qurtuluş savaşımız bütöv Azərbaycan vətəndaşı formalaşdırdı. Ona görə də inqilabların ən böyüyü kapital uğrunda deyil, insanları mənən-ruhən bütövləşdirəndir".

Zahid Orucun sözlərinə görə, hazırda dünyada yalnız sistemli hərbi, siyasi-iqtisadi deyil, həm də ən başlıcası-idarəçilik böhranı yaşanır.

"Dünya tarixi göstərir ki, Amerika ar-zularının, Sinqapur\Yaponiya möcüzələrinin bir yaradıcısı var – savadlı insan-vətəndaş. “Beyin axını” sərvətlərin damla-damla azalması deməkdir. Biz şagirdlərimizi kütləvi repetitorluqdan xilas edib, orta məktəblərə-pedaqoji mühitə, canlı tədris prosesinə, mənən güclü şəxsiyyətlər kimi formalaşa biləcəkləri kollektivə qaytarmalıyıq. Yüksəliş müsabiqəsinin qaliblərinin dövlət idarəetməsinin bütün sferalarında yerləşməsi prosesi gedir.

İndi Amerika və dünya siyasətinin məhək daşlarını tərpədən Tramp administrasiyası idarəetmənin effektivliyi vəzifəsini uğur simvolu İlon Maska tapşıraraq, bütün sahələrdə qlobal dəyişikliklərə yol açır. Ölkəmiz də belə bir mərhələni yaşayır. Neftdən Yaşıl enerjiyə-Yaşıl Azərbaycan quruculuğuna keçid hər bir azərbaycanlının həyatında yeni təfəkkür və yanaşmalar deməkdir.

Bildiyiniz kimi, 1990-cı ildə BMT zirvə görüşündə “İnsan potensialının inkişafı” və “İnsan potensialının inkişafı indeksi” müəyyənləşdirildi. Beləliklə, təkcə gəlirlər deyil, insanın sağlamlığı, təhsil səviyyəsi, ətraf mühitin qorunması da xüsusi meyarlar kimi seçildi.

İnkişaf üçün belə formul antik dövrdə-hələ texnologiyanın və elmin inkişaf etmədiyi qədim zamanlarda da belə idi-filosof Aristotel deyirdi-“sərvət bizim cəhd etdiyimiz nemət deyil, o, nəyinsə naminə faydalıdır”. 19-cu əsrin parlaq iqtisadçıları Adam Smit, Con Mill də iqtisadi artıma ali məqsədlərə nail olunmanın vasitəsi kimi baxırdılar", - deyə STM rəhbəri bildirib.

Deputat xatırladıb ki, 1960-cı illərdən başlayaraq, işçi qüvvəsinin təhsil səviyyəsi və peşəkar hazırlığı ön yerə qoyuldu:

"İnsan kapitalı konsepsiyası inkişaf edərək, “Çikaqo məktəbi” və oranı bitirən 100 nəfər yapon haqqında gerçək uğur hekayəsini formalaşdırdı. Bəli, uğurlu ölkə olmaq üçün bilikli, sağlam və ictimai iştirak əmsalı yüksək olan insanların sayı çox olmalıdır. Ona görə də dünyada ən böyük və dayanıqlı gəlir insan kapitalına yatırılan sərmayedən alınır. Nəhəng şirkətlər - "Apple", "Space X", "Alibaba" və digərlərinin aktivləri bunu sübut edir.

Təkcə bir ölkə nümunəsi-1970-ci illərdə İrlandiyanın 88 milyard dollarlıq ÜDM-i əsasən kənd təsərrüfatından formalaşırdı. 2017-ci ildə İrlandiyanın ÜDM-i 334 milyard ABŞ dollar təşkil edib. "Kelt pələng"i adını alan ölkə insan kapitalına ən çox invesitsiya siyahısında 1-ci oldu.

Ona görə beynəlxalq siyasətdə “daha çox əraziyə” sahib olmaq ideyası “daha çox və daha keyfiyyətli insan kapitalı” formalaşdırmaq hədəfi ilə əvəz olunub. İnsan Kapitalı İndeksi eləcə də uşaqların 18 yaşına qədər əldə edə biləcəyi insan kapitalının həcmini ölçür. 5 yaşa qədər yaşamanın mümkünlüyü, uşağın gözlənilən məktəb təhsili illəri, öyrənmənin keyfiyyət göstəricisi kimi ümumi yoxlama balları, yaşlanacaq insanların faizi, alçaq boylu olmayan uşaqların payı.

Bu İndeksdə ilk beşlikdə olan ölkələrdən 4-ü Asiya qitəsini təmsil edir – Sinqapur (0.88), Cənubi Koreya (0.84), Yaponiya (0.84) və Hong Kong (0.82). Reytinqdə MDB ölkələrindən ən yüksək pillədə Qazaxıstan (31-ci sırada) qərarlaşır. Dünya Bankının hesabatına əsasən, hazırda Azərbaycan İnsan Kapitalı İndeksi göstəricisinə görə 0.60 bal almaqla 157 ölkə içərisində 69-cu yerdə qərarlaşıb. Azərbaycanda 5 yaşına qədər uşaq ölümünün səviyyəsi azalır, o cümlədən, uşaqların ana südü ilə bəslənmə səviyyəsini artırmaqla, məktəbəqədər təhsil səviyyəsini gücləndirməklə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqabətli insan kapitalının formalaşdırılması üçün əsas fəaliyyətlər-təhsilin, informasiya sistemlərinin, sosial sferanın inkişafına dair çoxsaylı proqramlar qəbul olunub, bir çoxu effektiv şəkildə yerinə yetirilib. Ona görə də dövlətimizin gələcək strateji hədəflərinə nail olmaq hər bir azərbaycanlının fəaliyyətindən asılıdır".

STM rəhbəri hesab edir ki, indi qlobal təhlükəsizlik sistemi çökür və dünyanın yenidən bölüşdürülməsi gedir. Oun sözlərinə görə, zaman sürətlə keçir və kimisə gözləmir.

"Ölkəmizə iqtisadiyyata bağlı olan, tədqiqatlara dayanan qabaqcıl universitetlər gərəkdir.

“Biliyin köhnəlməsi” deyilən bir fenomen var. Hər il yeni nəsil ayfonlar və "Windows" sistemlərinin dəyişdiyini görürük, lakin beyin proqramlarımızı yeniləməyi unuduruq. Ona görə də bizə bütün sahələrdə hərbi uğurumuzu təkrarlayan xüsusi təyinatlı-müəllimlər, həkimlər, inşaatçılar, mühəndislər, bir sözlə qalib insanlar gərəkdir. Texnofestə 100 minlərlə azərbaycanlı gənci qatıldı. Prezident dedi ki, gəncliyin simvolu Səlcuq Bayraktar olmalıdır.

Yekunda bir daha vurğulayaq ki, Qarabağ son 200 ildə ən zəif yerimiz idi. İndi Ali Baş Komandan yeni qazanılan torpaqları təkcə ordu ilə yox, minlərlə gəncin elm və təhsil qalası olan Qarabağ Universiteti ilə qorumağa, o məkanı bütün Qafqazın güclü yerinə çevirməyə çalışır.

Ona görə də deyirik-ən böyük sərvət insandır!", - deyə Zahid Oruc çıxışını yekunlaşdırıb.

Turan İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri