Icma.az
close
up
RU
Xankəndidə səsləndirilən heç vaxt işğalla barışmamaq mesajı tarixi və qlobal səviyyədə önəm daşıyır

Xankəndidə səsləndirilən heç vaxt işğalla barışmamaq mesajı tarixi və qlobal səviyyədə önəm daşıyır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“III Şuşa Qlobal Media Forumu forumun keçirildiyi məkan, iştirakçı sayı, forumla bağlı vurğulanmalı ən qabarıq məqam olaraq suallara verilən son dərəcə sərrast cavablar və bir çox diqqət çəkən digər amillər baxımından tarixi hadisədir desək, hər halda olduqca düzgün yanaşma olar. Xüsusilə nəzərə alsaq ki, cəhd edilən mövcud təzyiqləri paralel olaraq özümüzlə götürüb zaman maşınını arxaya çevirərkən o dövrün bütün boğulmalarına qarşı çıxaraq təməli qoyulan Milli Mətbuatımızın 150 illiyi ərəfəsində bu hadisənin baş tutmasının özü çox incə addımdır, simvolikdir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu xüsusi tarixi əhəmiyyətə malikdir.

Azər Badamov

“Diqqətimi çəkən ilk məsələ forumun moderatorluğunu üstlənən “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun Xankəndi şəhərini Azərbaycanın mədəni mərkəzinin bir hissəsi kimi təqdim etməsidir. Bu, sadəcə və sadə bir təqdimat deyil. Vaxtilə torpaqlarımızı bizdən qopararaq öz dədə-baba yurdumuz Xankəndidə bölücülüyün təməlinin qoyulması ilə başlayan, indi də regiondan aralanıb üzü Qərbə doğru erməni diasporasının əli ilə vaxtında bu torpaqda otuzdurulan bir fiqur üzərindən Azərbaycana edilən təzyiqlər fonunda tədbirin özü də, şəhərin təqdimatı da yerində və zamanında atılmış addım, dünyaya car çəkilən fikirdir. III Şuşa Qlobal Media Forumu necə dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlibsə, Azərbaycan Respublikasına rəhbərlik edən prezident İlham Əliyev də prinsiplərini eləcə obyektivlik, dürüstlük, xüsusilə də xalqına yalan danışmamaq, güvən və inam üzərində qurub. “Heç vaxt işğalla barışmamaq”, “heç vaxt təslim olmamaq” kimi verilən tarixi və qlobal mesaj Zəfərimizin aliliyini, xalqımızın müdrikliyini bir daha sübut edir. Bütün dünya xalqlarının nəinki indiki, hətta gələcək nəsilləri də xalqımızın əzmkarlığını yeni dünya tarixindən vərəq-vərəq, sətir-sətir oxuyacaqlar”-deyə deputat bildirib.

Azər Badamov vurğulayıb ki, Azərbaycan regionları birləşdirir: “Dövlət başçımızın da dediyi kimi Ermənistan tərəfindən heç bir iş aparılmaması, məsələnin qəsdən gündəmdən çıxarılması sadəcə nəqliyyat deyil, həm də müəyyən dərəcədə onu siyasi təcridə aparacaq.

Bağlantı layihəsi kimi Şərqdən Qərbi Avropaya qədər uzanan, müxtəlif aktorlar arasında anlaşmaya ehtiyac və səbəb olacaq Orta Dəhlizin önəmi üzərində olduqca müfəssəl dayanan dövlət başçımız tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasından da söz açdı. Birinci amili sabitlik, təhlükəsizlikdə görən dövlət başçımız ikincisi amili isə sadəcə qonşularla deyil, qonşularımızın qonşuları ilə də xoş münasibətlər qurmaqla müəyyən etdi. Azərbaycan bu sahədə etibarlı tərəfdaş imicini qoruyub saxlayır. Mərkəzi nöqtə məhz Azərbaycandır.

Prezident İlham Əliyev coğrafiyamızın mövqeyindən yaxşı məqsədlər üçün istifadə edilməyin tətbiqini nümayiş etdirir. Dövlət başçımızın siyasəti məhz o istiqamətdə qurulub ki, gələcək nəsillər də bu işdə konfliktdən uzaq olsun. İndiki məqamda yuxarıdan aşağıya doğru qərar qəbul etmə prosesi sonra qərar qəbulunun aşağıdan yuxarı yanaşması ilə uyğunlaşdırıla bilər. Bununla da siyasəti reallığa çevirmək daha dayanıqlı bir görkəm alacaq deməkdir. Bu baxımdan böyük siyasətdə müraciət edilən görkəmli siyasətçi olaraq Prezident İlham Əliyev bildirir ki, “Məsələ şəxsiyyət və ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik”. Forum bir daha sübut etdi ki, Azərbaycan sadəcə coğrafi baxımdan məhz mərkəz nöqtəsi deyil, siyasi amil baxımdan da eyni mövqedə qərarlaşmışıq. Biz “qəbuledilən” işğalı qəbuledilməz bilən xalqın nümayəndələriyik, “dayanıqsız” sülhü dayanıqlı edən müzəffər liderimiz var”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see332

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see213

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see164

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see142

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri