Icma.az
close
up
RU
İşğalla barışmamaq və daha nələr... Əli Məsimli yazır

İşğalla barışmamaq və daha nələr... Əli Məsimli yazır

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan kimi,Ukraynanın da apardığ müharibə-çox ədalətli və şərəfli müharibədir.Ona görə də Ermənistanın öz havadarların dəstəyi ilə 30 il işğal altnda saxlamış QARABAĞ-AZƏRBAYCANDIR və nida işarəsi qoyulduğu kimi, Rusiyanın işğal etdiyi DONETSK, LUQANSK,XERSON, ZAPAROJYE və digər ərazilər də UKRAYNADIR və NİDA işarəsi qoyulmalıdır!

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər:Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib və Forum iştirakçılarının suallarını cavablandırıb.Həmin sual-cavablar arasında Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun sualı və öna verilən cavb xüsusi yer tutur:

Dmitro Qordon:Hörmətli cənab Prezident, biz Ukraynada Sizin rəhbərliyinizlə Azərbaycanın öz torpaqlarını, öz ərazisini geri qaytarmasını heyranlıqla izləyirdik. Bu, bizim üçün son dərəcə ruhlandırıcı bir nümunədir. Ukraynalılar Sizə minnətdardırlar ki, dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstəyinizi ifadə etmisiniz. Bu,unudulmur. Artıq neçə ildir ki, biz Ukrayna dövlətinin varlığı uğrunda çox ağır müharibə şəraitində yaşayırıq. Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?

Azərbaycan Prezident İlham Əliyevin cavabının əsas məqamları:

“Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük…

Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!..

Biz döyüş meydanında sübut etdik ki, hər şeyə hazırıq və ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq…

ABŞ,Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu,ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq.Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – "qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər.Yəni, bizə mesaj verdilər ki,əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi…

Mən 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edirdim.17 il ərzində çoxlu təkliflər,çoxlu görüşlər oldu …və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır."Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu,dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar…

Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz-BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular…

Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq…

Bizim Qələbəmiz, – bu, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər!

Bu deyilənlər əlavə şərhə yer qoymur… Çünki Ukraynalı tanınmış jurnalist Dmitri Qordonun III Şuşa Qlobal Media Forumunda Azərbaycan prezidentinə verdiyi sualın cavabı- işğalçılara tarixi bir cavabdır.Yalnız bir məqamı qeyd etmək yerinə düşər ki, bəli, Azərbaycanın təcrübəsində olduğu kimi,Ukrayna da heç vaxt işğalla barışmadan yuxarıda deyilən yolla öz mübarizəsini davam etdirsə,hazırda Ukrayna dövlətinin mövcudluğu sual altına düşməsinə baxmayaraq, o mütlıq qələbə çalacaq.Həm də Ukrayna bu savaşda təkcə öz varlığı uğrunda yox,bütövlükdə postsovet məkanıa aid olan digər yeni müstəqil dövlətlərin də müstəqillik yolunun davam etdirə bilməsi yükünün təhdidlər və təhlükəlır tərəflərinin əsas ağırlığını öz üzərinə götürməklə,yaşamağa başladığımız yeni mərhələdə bəşəriyyətin bundan sonra daha çox hansı səmtə yönələcəyi kontekstində uzunmüddətli taleyini müəyyən edən çox ağır,eyni zamanda həm də çox şərəfli bir müharibə aparır.

Azərbaycan kimi, Ukraynanın da apardığ müharibə-çox ədalətli və şərəfli müharibədir. Ona görə də Ermənistanın öz havadarların dəstəyi ilə 30 il işğal altnda saxlamış QARABAĞ-AZƏRBAYCANDIR və nida işarəsi qoyulduğu kimi, Rusiyanın işğal etdiyi DONETSK, LUQANSK,XERSON, ZAPAROJYE və digər ərazilər də UKRAYNADIR və NİDA işarəsi qoyulmalıdır!

Əli Məsimli,

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see300

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see276

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see272

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see265

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see259

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see249

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see242

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see233

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see229

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see225

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see223

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see213

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see209

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see201

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see194

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see190

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see184

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri