Xankəndidə təhlükəsizliyin ünvanı Azərbaycan Polisi FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uzun illər həsrətdən sonra dirçələn Xankəndidə bu gün sakitlik, etibar və güvən hökm sürür. Şəhərin küçələrində gəzən hər bir insan özünü tam təhlükəsiz hiss edir. Bu isə Azərbaycan polisinin fədakar və peşəkar xidmətinin bəhrəsidir.
Xankəndidə ictimai asayişin qorunması təkcə bir vəzifə deyil, həm də vətənə və doğma yurda olan sevginin təzahürüdür. Əslən Xankəndidən olan Xankəndi şəhər polis şöbəsinin rəisi Zaur Nəsirov doğma şəhərində qanunların qorunması üçün bütün gücünü səfərbər edib. Onun rəhbərliyi ilə polis əməkdaşları yalnız qanunların aliliyini təmin etmir, həm də insanlara arxayınlıq, sabaha inam bəxş edirlər.
Bu fəaliyyətin arxasında isə Daxili İşlər Nazirliyinin böyük dəstəyi dayanır. Cənab Nazir Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi ölkəmizin hər bir bölgəsində olduğu kimi, Xankəndidə də ən yüksək peşəkarlıqla xidmət göstərir. Onun diqqət və qayğısı nəticəsində Xankəndidə təhlükəsizlik sistemi daha da möhkəmlənib, insanların öz doğma yurdlarında tam etibarlı şəraitdə yaşaması təmin olunub.
Bu gün Xankəndidə həyat yenidən canlanır, tikinti-quruculuq işləri sürətlə davam edir. İnsanların üzündəki təbəssüm, uşaqların küçələrdə azadca oynaması bir daha göstərir ki, təhlükəsiz mühitin təmin olunması hər şeydən önəmlidir. Bu mühitin qoruyucusu isə Azərbaycan polisidir.
Xankəndi sakinləri yaxşı bilirlər: onların hər addımında, hər günündə polis keşiyindədir. Bu keşiyin arxasında həm peşəkarlıq, həm də Vətən sevgisi dayanır. Azərbaycan polisi Xankəndidə sadəcə qayda-qanun yaratmır, həm də insanlara güvən, rahatlıq və ümid bəxş edir.
Müəllif: Şamxal Adıgözəlov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















