Icma.az
close
up
RU
Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

Xankəndidə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xankəndi, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Xankəndidə də anılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, idarə və təşkilatların rəhbərləri, Xankəndi və Xocalı sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib.

R.Yusubov Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb. Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətində dediyi “Mən İlham Əliyevə özüm qədər inanıram” sözlərini xatırladan xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu inamı doğrultdu. Xankəndi, Xocalı, Ağdərə və digər yaşayış məntəqələrimiz işğaldan azad edildi. Bu gün təkcə Qarabağ deyil, Şərqi Zəngəzur da azaddır. Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi.

Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin Azərbaycanın dövlətçilik tarixində müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.

Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı dediyi fikirləri əks etdirən çıxışına dair videoçarx izləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri