Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qahirə, 12 dekabr, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Misirin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycan səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də Misir Senatının bu vilayətdən olan üzvləri, Bənhə şəhərinin meri, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları xalqımızın Ümummilli Liderinin əziz xatirəsini ehtiramla yad edərək onun heykəli önünə gül dəstələri qoyub, Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla tanış olublar.

Burada çıxış edən səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, ötən il “Heydər Əliyev İli" çərçivəsində Misirdə keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ötən il Misirdə Ulu Öndərin 100 illiyi münasibətilə onun mənalı ömür yoluna, dövlətçiliyimiz uğrunda apardığı mübarizəsinə işıq salan kitab nəşr edilib. Səfir Azərbaycan-Misir əlaqələrinin perspektivləri və bu istiqamətdə atılan addımlardan da bəhs edib, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin ötən il Azərbaycana və Prezident İlham Əliyevin isə bu ilin iyununda Misirə səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. E.Poluxov, həmçinin Misirin Baş nazirin rəhbərliyi ilə böyük nümayəndə heyəti ilə Bakıda keçirilən COP29 tədbirlərində iştirakına toxunub.

Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə olduğunu qeyd edərək əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rol oynadığını, buna görə də onun Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. Qalyubiyyə vilayəti ilə Abşeron rayonunun qardaşlaşmış regionlar olduğunu xatırladan qubernator ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib. Qubernator söhbətində Bənhə Universitetində Azərbaycan dili bölməsinin açılmasını təklif edib. Eyni zamanda, qubernator COP29 konfransının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Misirin də COP-a ev sahibliyi etdiyini xatırladaraq, ölkələrimizin bu işdə eyni yolu getdiyini diqqətə çatdırıb.

E.Poluxov Bənhə universitetində Azərbaycan dili bölməsinin təşkil edilməsinə səfirliyin dəstək göstərməyə hazır olduğunu bildirib.

Tədbir əsnasında Misirdə bu il Şuşa haqqında işıq üzü görən kitab hədiyyə edilib.

Sonda tədbir iştirakçıları parkda yerləşən kitabxanada Azərbaycana aid guşə və misirli uşaqların Azərbaycan və Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.

Azərbaycan səfiri və Qalyubiyyə vilayətinin qubernatoru yerli mediaya müsahibələr veriblər. Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri