Icma.az
close
up
RU
Xankəndidə Zirvə görüşü: Azərbaycanın növbəti diplomatik qələbəsi

Xankəndidə Zirvə görüşü: Azərbaycanın növbəti diplomatik qələbəsi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 4-də Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın strateji mövqeyinin və tarixi ədalətin bərpasının dünyaya nümayiş etdirildiyi əlamətdar bir hadisə idi. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı dövlətimizin qətiyyətini, reallığa çevrilmiş bərpa prosesini və iqtisadi əməkdaşlığa verdiyi töhfələri əhatəli şəkildə ortaya qoyub.

ECO-nun 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi xüsusi məna daşıyır. Belə bir beynəlxalq tədbirin ilk dəfə Qarabağda – Ermənistanın uzunmüddətli işğalından azad edilmiş torpaqlarda baş tutması suverenliyini tam təmin etmiş bir dövlətin bu ərazilərdə artıq normal həyatın bərpa olunduğunu dünyaya nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü, eləcə də bugünlərdə Xankəndidə keçirilən ECO Zirvəsi Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını aydın şəkildə nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Ermənistanın təxminən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını, bu müddətdə bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq yurdlarından didərgin düşdüyünü diqqətə çatdırıb. İşğal dövründə Ermənistan tərəfindən törədilən mədəni və dini vandalizm misli görünməmiş miqyasda idi. Bu faktlar beynəlxalq miqyasda da insan hüquqları pozuntuları və dini dözümsüzlük nümunəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyev, həmçinin, sərmayə əməkdaşlığını yeni səviyyəyə qaldırmaq üçün "ECO invest" uzunmüddətli proqramının qəbul edilməsini və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsünü irəli sürüb. Bu proqramın əsas məqsədinin özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionda perspektivli layihələrə cəlb etmək olduğunu bildirib.İlham Əliyev çıxışının sonunda tədbir iştirakçılarına təşəkkür edərək, Xankəndi Zirvə görüşünün dostluğun daha bir nümunəsi olduğunu və burada səsləndirilən ideya və təkliflərin ECO-nun gələcək fəaliyyətində nəzərə alınacağını qeyd edib.

Bu Zirvə görüşü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən mühüm beynəlxalq tədbirlərdən biri olaraq, ölkənin regional və beynəlxalq əməkdaşlıqda artan rolunu nümayiş etdirir.

Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi yalnız iqtisadi əməkdaşlıq baxımından deyil, həm də siyasi və mənəvi cəhətdən böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”. Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasının və suverenliyinin beynəlxalq səviyyədə tanınmasının rəmzidir.

Zirvə görüşünün məhz işğaldan azad edilmiş Xankəndidə keçirilməsi beynəlxalq ictimaiyyətə mühüm mesajdır: Azərbaycan artıq öz suveren ərazisində sabitliyi və təhlükəsizliyi təmin edib və bu ərazilər həm daxili, həm də beynəlxalq tədbirlərin keçiriləcəyi yeni mərkəzə çevrilib. Bu, həm də Ermənistanın illərlə yaratdığı “qondarma rejim” mifinin tamamilə məhv olduğunu göstərir.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfəni, enerji və nəqliyyat layihələrindəki lider mövqeyini, sülh və tərəqqiyə sadiqliyini bir daha təsdiqlədi. Xankəndidə keçirilən bu görüş təkcə ECO çərçivəsində əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından tarixə yazıldı.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri